SOSİAL MƏSULİYYƏT

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

"Neftçi" İdman Sağlamlıq Mərkəzi
Prev Next

"Neftçi" İdman Sağlamlıq Mərkəzi

ARDNŞ Sosial İnkişaf İdarəsinin "Neftçi" İdman-Sağlamlıq Mərkəzi (İSM) Azərbaycanda bədən tərbiyəsi, idmanın təbliği və inkişafında əhəmiyyətli rol oynayır.

Env Txt Img

Mərkəzin əsas məqsədi neft və qaz sənayesi müəssisələrində çalışan işçilərin və onların ailə üzvlərinin sağlamlığının keşiyində durmaq, onlara müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətləri göstərməkdir. Bu gün "Neftçi" İSM-in 13 idman qurğusunda idmanın 34 növü üzrə 178 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərir.

"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin tabeliyində Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman, Təlim-Məşq, İdman Zalı Kompleksləri, İsmət Qayıbov adına və Qaradağ Təlim-İdman Bazaları, Şirvan, Pirallahı, Siyəzən, Qaraçuxur stadionları, "Məşəl" İdman Klubu, Sumqayıt Təlim İdman Zalı, Sumqayıt İdman Zalı Kompleksi vardır Hər il olduğu kimi, 2012-ci ildə də Mərkəzin idmançıları beynəlxalq səviyyəli müxtəlif yarışlarda iştirak edərək onlarla qızıl, gümüş və bürünc medal qazanmışlar.
Əldə olunan nailiyyətlərə əsasən 2011-ci ilin sonunda Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş ilin yekunlarına dair hesabat tədbirində «Neftçi» İSM ardıcıl olaraq 5-ci dəfə «İlin ən yaxşı idman cəmiyyəti» adına layiq görülmüşdür.
Respublikamızda neft, qaz və kimya sənayesində çalışan işçilər, onların ailə üzvləri arasında asudə vaxtın səmərəli keçirilməsinə, bədən tərbiyəsinin, idmanın inksafına sağlam həyat tərzinə müsbət təsir edən Spartakiada yarışları 1992-ci ildən kecirilir.
Hər il minlərlə iştirakçısı olan Spartakiada yarışlarının neftçilər arasında ənənəvi idman bayramına çevrilməsində, həddindən çox kütləvi olmasında ARDNŞ-in prezidenti Rönəq Abdullayevin böyük rolu vardır.
Müxtəlif idman növləri üzrə Spartakiada yarışları neftqazçıxarma idarələrinin, istehsalat birliklərinin fəhlə və qulluqçuları, onların ailə üzvləri arasında ilboyu keçirilir.
Hər il bu yarışlarda böyüklərlə yanaşı neftçi ailələrindən olan kiçik yaşlı uşaqlar və yeniyetmələr də fəal iştirak edirlər.
Ölkəmizdə bədən tərbiyəsi və idmana olan marağın durmadan artması Spartakiada yarışlarının getdikcə daha böyük vüsət almasına səbəb olmuşdur.
Bu proses Prezident İlham Əliyevin idmana göstərdiyi böyük qayğının təzahürüdür.
Təssadüfi deyildir ki, 2012-ci il ölkəmizdə dövlət başçısı tərəfindən “İdman ili” elan edilmişdir.
Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin Olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər.
2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpya Oyunlarında 204 ölkənin on mindən artıq idmançısı 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparırdı.
Dünyanın ən böyük idman tədbirlərində Azərbaycanın olimpya yığması idmanın 16 növündə 53 idmançı ilə təmsil olunmusdur ki, onlardan da 18-i «Neftçi» İSM-in yetirmələridir.
London Olimpiadasında ugurla çıxış edən idmançılarımız 2-si qızıl, 2-si gümüs və 6-sı bürünc olmaqla 10 medala layiq görülmüşlər.
Bu nəticə isə indiyə qədər iştirak etdiyimiz olimpiadalar arasında bir ilkdir.
Fərəhli haldır ki, ölkəmizin qazandığı bu uğurda «Netçi»İSM idmançılarının da böyük rolu olmuşdur.
Belə ki, sərbəst guləşçi Toğrul Əsgərov ( 60 kq) bütün görüşləri qələbə ilə başa vuraraq, Olimpiya çempionu titulunu qazanmışdır.
Yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) isə Pekin 2008-dəki uğurunu təkrarlayaraq, London Olimiadasında da gümüş medala layiq görülmüşdür.
XIV London Paralimpiya oyunlarına qazanılmış 21 lisenziyadan 20-si “Neftçi” İSM-in idmançılarının payına düşür.
Bu dəfə də paralimpiyaçılarımız yüksək nəticələr göstərmişdir.
Qazanılan 12 medaldan 7-si “Neftçi” İSM-in idmançılarına məxsusdur.
Afaq Sultanova və Ramil İbrahimov cüdo yarışlarında ən yüksək nəticə qazanaraq, qızıl medala layiq görülmüşlər.
İlham Zəkiyev isə bürünc medal qazanmışdır.
Oleq Panyutin qızıl, Vladimir Zayets gümüş, Hüseyn Həsənov bürünc medallara layiq görülmüşlər.
Estafet yarışlarında da idmançılarımız yaxşı nəticə göstərmişdir.
Belə ki, komanda şəklində 400 metr məsafəyə (4x100) qaçışla Elçin Muradov, Rza Osmanov, Vladimir Zayets və Oleq Panyutin bürünc medala layiq görülmüşlər.
.
.

ətraflı oxu +