SOSİAL MƏSULİYYƏT

Məcburi köçkünlərə qayğı

Məcburi köçkünlərə qayğı
Prev Next

Məcburi köçkünlərə qayğı

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, ARDNŞ-nin təhkim olunduğu Ağdam rayonu ərazisində yerləşən "Dördyol 1, 2" və "Təzəkənd" qəsəbələrində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə bayram günlərində ərzaq yardımı göstərilir.

Env Txt Img

Eyni zamanda bu qəsəbələrdə fəaliyyət göstərən uşaq bağçaları yer örtükləri, xalçalar, televizorlar, qızdırıcı radiatorlar, idman geyimləri və digər ləvazimatlar ilə təchiz olunub.


ARDNŞ-nin müəssisə və təşkilatlarının balansında olan yataqxanalarda və digər sosial obyektlərdə müvəqqəti məskunlaşmış 15 minə yaxın məcburi köçkün ailələrinə də qayğı göstərilir. Onlardan 3000 nəfərə yaxını şirkətin müəssisələrində müvafiq işlə təmin olunub.

ətraflı oxu +