SOSİAL MƏSULİYYƏT

Sosial Rifah

Sosial Rifah

Sosial Rifah

Sosial Rifah

Sosial Rifah

Sosial Rifah
Prev Next

Sosial Rifah

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə sosial obyektlərin saxlanması və fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün geniş miqyaslı işlər aparılmışdır.

Env Txt Img

Bütün bu işlərin daha səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 139 saylı, 01.10.2007, 14-67 Ə saylı 27.09.2007-ci il tarixli Əmr-qərarı ilə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün Sosial-İnkişaf Proqramı" təsdiq edilmişdir. Proqramda 224 bənddən ibarət işlərin və tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin vaxtında icra olunması şirkət rəhbərliyinin ciddi nəzarəti altında həyata keçirilir.


Dənizdə növbə metodu ilə işləyən işçilər gündə 3 dəfə isti yeməklə təmin olunur. Eyni zamanda dəniz obyektlərində işləyən neftçilərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə "Günəşli" yatağının 13 saylı Dərin Dəniz Özülündə dəniz suyunu içməli və ümumi istifadə suyuna çevirən "Tərs Osmoz Membran Sistemi" quraşdırılmışdır. Hal-hazırda bu sistemin bütün dərin dəniz özüllərində, o cümlədən Çilov adasında quraşdırılması məqsədilə işlər görülür.

ARDNŞ üzrə 6000-dən çox neftçi ailəsi mənzil növbəsinə dayanmışdır. Onlardan 400-ə yaxını 20 ildən artıq, 2800-ü isə 10 ildən artıqdır ki, mənzil növbəsi gözləyir. Sosial ədalət prinsipinə riayət edilməsi məqsədilə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş işçilərin mənzil uçotu və bölgüsü mərkəzləşdirilmiş qaydada aparılır.

Mənzil növbəsində dayanmış işçilərin mənzillə təmin edilmələri məqsədilə Lökbatan qəsəbəsində 10 və 40 mənzilli, Qara Qarayev prospektində isə 85 mənzilli 17 mərtəbəli yeni yaşayış binasının tikintisi başa çatmışdır. Mənzil növbəsində dayanan 6000-dən artıq neftçi ailəsinin qısa müddətdə mənzillə təmin olunması üçün bütün imkanlardan istifadə edilir.

Eyni zamanda köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək yenidən tikilməsi və ya əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilməsi üçün xeyli işlər görülmüşdür. "Bakı şəhəri və onun rayon, kənd, qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı"na əsasən Lökbatan qəsəbəsində S. Orucov küçəsində qamış tipli evlərdən 120 ailənin köçürülməsi üçün 5 saylı 5-mərtəbəli 20 mənzilli yaşayış binası yenidən qurulub və istismara təhvil verilib, 2 saylı yaşayış binasının isə istismara verilməsi nəzərdə tutulur. Zabrat qəsəbəsində Axundov küçəsi, 29 ünvanında 1-mərtəbəli 4 mənzilli, Babək küçəsi, 9 ünvanında 1-mərtəbəli 1 mənzilli, Oktyabr küçəsi, 43 a ünvanında 2-mərtəbəli 4 mənzilli binalar sökülərək, yenidən tikilib. Babək prospekti, 68 ünvanda 1-mərtəbəli 33 mənzilli qəza vəziyyətli bina sökülərək, yerində 2-mərtəbəli 33 mənzilli (kommunal şəraitli) yeni bina tikilib. Nərimanov küçəsi, 4 ünvanda 1-mərtəbəli 34 mənzilli qəza vəziyyətli bina sökülərək, yerində 2-mərtəbəli 34 mənzilli (kommunal şəraitli) yeni bina tikilərək, sakinlərin istifadəsinə verilib. Zabrat qəsəbəsi Axundov küçəsində 33 və 35 saylı, Babək küçəsində 90 saylı, Nərimanov küçəsində 12 saylı binalarda gücləndirmə-bərpa işləri aparılmaqla dam örtükləri və fasadları əsaslı təmir olunub.

ətraflı oxu +