SOSİAL MƏSULİYYƏT

Regional layihələr haqda

Regional layihələr haqda

Regional layihələr haqda

Regional layihələr haqda

Regional layihələr haqda

Regional layihələr haqda
Prev Next

Regional layihələr haqda

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən

Env Txt Img

ARDNŞ tərəfindən hazırlanaraq həyata keçirilən genişmiqyaslı regional sosial layihələr regionlarda davamlı və dinamik inkişafı təmin etməklə bərabər əhalinin həyat səviyyəsinin keyfiyyətcə yüksəlməsinə xidmət edir. Sosial İnkişaf İdarəsinin sifarişi əsasında ayrı-ayrı regionlarda bir sıra abadlıq, quruculuq və təmir-tikinti işləri həyata keçirilmişdir. Xızı rayonunda Heydər Əliyev adına istirahət parkı əsaslı təmir olunaraq istifadəyə verilmiş, park ətrafı ərazilərə, yollara asfalt-beton örtük çəkilmişdir.

Şamaxı rayonunda klassik Azərbaycan şairi MƏ. Sabirin heykəli və Azərbaycan Respublikasının Dövlət Bayrağı quraşdırılmış, Şamaxı şəhərinin girişində Etnoqrafik muzey yaradılmışdır. Naftalan şəhərində də yaşayış binalarının istilik, su və kanalizasiya sistemlərinin, yaşayış binalarının fasadlarının təmir olunması ilə bağlı xeyli iş görülmüşdür.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən N.
Aslanov adına 330 yerlik orta məktəb əsaslı təmir olunmuş, istilik, santexnika, yanğından mühafizə, su və siqnalizasiya sistemləri təzələnmişdir.
Qusar rayonunda icra edilən layihələr də yerli ictimiaiyyət tərəfindən böyük razılıqla qarşılanmış və ölkə rəhbərinin regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilmişdir.
Belə ki, 170 çarpayılıq Qusar rayon Mərkəzi Xəstəxanasının tikintisi uğurla başa çatdırılmışdır.
Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilərək, 2012-ci il fevralın 8-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Bununla yanaşı, Qusar rayonundakı Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.
Möhtəşəmliyi ilə diqqət çəkən Heydər Əliyev Mərkəzində iclas zalı və elektron kitabxana yaradılmışdır.
Kitabxanada quraşdırılan 16 kompüterdən istifadə etməklə Milli Kitabxana, ölkə daxili kitabxanalar və dünya kitabxanaları ilə əlaqə yaratmaq və bununla da istənilən elektron kitabı oxumaq mümkündür.
Mərkəz 2012-ci il fevralın 8-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Tikinti, təmir və yenidənqurma işləri 2012-ci il aprelin 4-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə Bibiheybətdə, neftlə çirklənmədən təmizlənmiş ərazidə ARDNŞ-in Bakı İstedadlar Təhsil Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.
Dövlət Neft Şirkətinin təşəbbüsünə əsasən, obyekt dünya üzrə mövcud olan ingilis məktəbləri sisteminə uyğun şəkildə inşa olunacaq.
1200 şagird yerlik Təhsil Kompleksində məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək.
Burada aşağı sinif şagirdləri üçün 32, yuxarı sinif şagirdləri üçün 37 sinif otağı inşa olunacaq.
Hər birinin sahəsi 45 kvadratmetr olan bu sinif otaqları müasir üslubda tikiləcək və bütün zəruri avadanlıqlarla təchiz ediləcək.
Bundan başqa, Təhsil Kompleksində 100 şagird yerlik kitabxana, teatr səhnəcikləri, musiqili yaradıcılıq gecələri və konfransların keçirilməsi üçün 600 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, idman zalı, hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üçün 250 və 300 yerlik bir neçə yeməkxana və mətbəx, eləcə də 120 yerlik yataqxana binası, inzibati otaqlar, tibb məntəqəsi, kompüter otaqları və qeyri-tədris sahələri yaradılacaq.
Hazırda Bakı İstedadlar Təhsil Kompleksinin tikintisi davam etdirilir, yaxın vaxtlarda məktəbəqədər təhsil müəssisəsi üçün nəzərdə tutulan binanın istifadəyə verilməsi planlaşdırılır.
ARDNŞ-in tapşırıqlarına uyğun olaraq, Bakı Ali Neft Məktəbinin 4 mərtəbədən ibarət binası qısa müddətdə əsaslı şəkildə təmir olunmuş, obyektin elektrik, istilik, santexnika, yanğından mühafizə-siqnalizasiya sistemləri tam yenidən qurulmuşdur.
Daxildə aparılan yenilənmə ilə bərabər binanın hər 3 korpusunun fasadına aqlay üzlük çəkilmiş, dam örtükləri dəyişdirilmişdir.
Akt zalı və yeməkxana yenidən qurularaq lazımi avadanlıqla təchiz olunmuş, həyətyanı sahədə geniş abadlıq işləri aparılmışdır.
Yeni dərs ili ərəfəsində ARDNŞ rəhbərliyinin iştirakı ilə istifadəyə verilən binada tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılmışdır.
2010-cu ildə əsaslı təmirinə başlanılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas tədris korpusunda işlər 2012-ci ilin sentyabrında başa çatdırılıb.
Bütün otaqlara, auditoriyalara, dəhlizlərə yeni parket və süni qranit döşəmələr salınmış, qapı və pəncərə blokları yenilənmiş, yüksək keyfiyyətli boya ilə rənglənmişdir.
Foyelərdə döşəmə, divar sütunları mərmər plitələrlə üzlənmişdir.
Sanitar qovşaqlar təzələnmiş, kafel-metlax plitələrlə üzlənərək lazımi avadanlıqla təchiz olunmuşdur.
Binanın istilik, santexnika, ventilyasiya, yanğından mühafizə, su və siqnalizasiya sistemi, elektrik, rabitə və videomüşahidə sistemləri tam yenidən qurulmuşdur.
Hazırda ARDNŞ-in İnzibati binalar kompleksinin, Buzovna qəsəbəsində ARDNŞ-in Qonaq evinin, Qaradağ rayonunuda 5 mərtəbəli yaşayış evinin, Sabunçu rayonunda 3 mərtəbəli binanın, İsmət Qayıbov adına stadionun ərazisində mehmanxana binasının, Sabunçu rayonu ərazisində Olimpiya stadionunun, «Neftçi» İSM-in üzgüçülük hovuzunun, Balakən rayonunda Mədəniyyət evinin, Tovuz rayonunda Müalicə Diaqnostika Mərkəzinin inşası uğurla davam etdirilir.
İl ərzində Lökbatan qəsəbəsindəki 240 çarpayılıq xəstəxana binasında da xeyli həcmdə inşaat işləri həyata keçirilmişdir.
ARDNŞ-in tapşırıqlarına uyğun olaraq Sosial İnkişaf İdarəsi son dövrdə Bakı şəhərində və ətraf qəsəbələrdə xeyli abadlıq, quruculuq və təmir-tikinti işləri yerinə yetirmişdir.
Bakı şəhərinin müxtəlif küçə və prospektlərində o cümlədən Xəzər, Səbail, Nəsimi, Nizami, Yasamal, Nərimanov rayonlarının ərazisində binaların fasadları əsaslı təmir olunmuş, aqlay səthlər bərpa olunmaqla cilalanmışdır.
İstirahət parkları və küçələr abadlaşdırılmış, yenidən qurulmuşdur.
.

ətraflı oxu +