SOSİAL MƏSULİYYƏT

Könüllü tibbi sığorta proqramı

Könüllü tibbi sığorta proqramı

Könüllü tibbi sığorta proqramı

Könüllü tibbi sığorta proqramı
Prev Next

Könüllü tibbi sığorta proqramı

Dünyanın nəhəng neft kompaniyaları arasında xüsusi çəkisi və nüfuzu olan ARDNŞ öz işçilərinin sosial qayğılarına daim diqqət yetirir. Müasir istehsal şərtləri neft-kimya və qaz sənayesində çalışan hər bir işçidən sağlamlıq, müxtəlif iqlim şəraitinə dözüm, hər bir gərginlik və stres amilinə qarşı dayanıqlı olmağı tələb edir. Ona görə də ARDNŞ işçilərin sağlamlığının mühafizəsinə kompleks şəkildə yanaşmaqla müntəzəm olaraq onların iş şəraitinin təhlükəsizliyi, istirahətinin təşkili, ilkin və dövri tibbi müayinələrin aparılması , stasionar müayinə və müalicələrin keyfiyyətinin yüksəldilməsi kimi tədbirlər həyata keçirir. 2012-ci ilin əvvəlindən başlayaraq ARDNŞ özünün bütün işçilərini «Könüllü tibbi sığorta» Programı ilə təmin etmişdir ki, bu da onlara göstərilən sosial qayğının ən müasir və təkmil formasıdır.

Env Txt Img

Sığorta bazarının geniş və dərin tədqiqindən sonra ARDNŞ sığorta tərəfdaşı olaraq “Paşa Sığorta” ASC-ni seçmişdir. Bu qərarın qəbul olunmasında “Paşa Sığorta” şirkətinin neft-qaz sənayesinin işçilərinə tibbi sığorta üzrə xidmətin göstərilməsindən əldə etdiyi çoxillik uğurlu təcrübə əsaslı rol oynamışdur. Fəaliyyətdə olduğu zaman ərzində “Paşa Sığorta” öz təcrübəsində Qərbin tibbi sığortasında istifadə olunan ən uğurlu mexanizmləri tətbiq etmişdir.

ARDNŞ-ın Tibbi Sığorta layihəsi özünün fiziki, coğrafi və maliyyə miqyasına görə ölkənin ən böyük sığorta layihəsidir Hazırda bu proqram çərçivəsində ARDNŞ-in 70000-ə yaxın əməkdaşına xidmət göstərilməkdədir Layihə demək olar ki, bütün ölkə ərazisində yaşayan və fəaliyyət göstərən, həmçinin açıq dənizdə, platformalarda işləyən bütün neft-kimya və qaz sənayesi işçilərinin tibbi sığortasını əhatə edir.
Bu layihə çərçivəsində sığortalanmış neftçilər “GOLD” tibbi sığorta proqramı çərçivəsində Azərbaycanın ən müasir xəstəxana və tibb müəssisələrində aşağıdakı tibbi xidmətlərlə təmin olunurlar: • təcili və təxirəsalınmaz yardım • ambulator-poliklinik xidmət • planlı və təcili stomatoloji xidmət • yüksək keyfiyyətli stasionar xidmət • neftçilərin dövri profilaktik müayinələri • hamiləliyin təqibi və doğuşa yardım • təcili vaksinasiyalar Göstərilən tibbi xidmətlər üzrə bütün xərcləri sığorta şirkəti öz üzərinə götürür.
“Könüllü tibbi sığorta” Proqramı ARDNŞ Sosial İnkişaf İdarəsinin Tibbi xidmətə nəzarət və sığortanın təşkili Departamenti tərəfindən həyata keçirilir.
Departamentdə Tibbi xidmətə nəzarət şöbəsi tərəfindən neftçi kontingentlərə göstərilən tibbi xidmətin vəziyyətinə nəzarət edilir, mübahisəli vəziyyətlər araşdırılır və həllinə yardım göstərilir.
Departamentin Tibbi sığortanın koordinasiyası şöbəsi sığorta şirkəti, tibbi müəssisələri və digər struktur bölmələri arasında qarşılıqlı iş əlaqəsini təmin etməklə tibbi sığortanın təşkilinə dair hüquqi normativ sənədlərin hazırlanmasında iştirak edir.
Analitik təhlil və statistika şöbəsi sığortalanmış şəxslərin xəstələnmələrinin müddətinə, yaş qruplarına, cinsə, iş şəraitinə və s.
görə statistikasını aparır, təhlil edir, proqnoz hazırlayır.
ARDNŞ və “Paşa Sığorta” ASC arasındakı əməkdaşlıq müddətinin nəticələrinə nəzər yetirsək, neftçilərin könüllü tibbi sığorta layihəsinin gözlənilən tələblərə uyğun səviyyədə davam etdiyini əminliklə vurğulamaq olar.
Bu layihə həm ARDNŞ tərəfindən illik olaraq işçilərin tibbi xidmət almasına yönəlmiş maliyyə resurslarının qənaətində, həm sığortalı olan işçilərin könüllü tibbi sığorta proqramı çərçivəsində yüksək səviyyəli tibbi xidmətlər almasında, həm də ölkədə tibbi sığorta sektorunun nəzərə çarpacaq dərəcədə inkişaf etməsi və təkmilləşməsində böyük rol oynamaqdadır.
Gigiyena və Epidemiologiya Mərkəzi Neft-qaz sənayesində profilaktik tədbirlərin aparılması, işçilərin epidemioloji sağlamlığının keşiyində dayanılması, onlara normal iş və məişət şəraitinin yaradılması üçün sağlamlaşdırıcı təkliflərin verilməsi, peşə xəstəliklərinin qarşısının alınması kimi mühüm vəzifə Sosial İnkişaf İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) həvalə olunmuşdur və GEM hazırda bu məsul vəzifənin öhdəsindən layiqincə gəlir.
Bu gün ARDNŞ-in ən ucqar bölgələrdə belə yerləşən obyektləri GEM-in işindən faydalanır.
Mərkəz öz işini planlı və qarşılıqlı əməkdaşlıq prinsipi üzrə qurmuşdur.
Belə ki, illik planda nəzərdə tutulan sanitariya-gigiyenik, laborator müayinələrin və profilaktik tədbirlərin keçirilməsi ilə yanaşı, obyektlərdən daxil olmuş sorğu əsasında növbədənkənar işlər də yüksək keyfiyyətlə həyata keçirilir.
Gigiyena və Epidemiologiya Mərkəzinin illik iş planı üzrə neft-qaz sənayesi işçilərinin sağlam həyat tərzinin formalaşması məqsədi ilə onlara günün tələbləri səviyyəsində iş və istirahət şəraitlərinin yaradılması, işçilərin profilaktik tibbi müayinəsinin, düzgün və keyfiyyətli qidalanmanın təşkilinə, DÜST-ün normalarına cavab verən içməli su ilə təminata nəzarət olunur.
.
.

ətraflı oxu +