SOSİAL MƏSULİYYƏT

İstirahətin təşkili

İstirahətin təşkili

İstirahətin təşkili

İstirahətin təşkili
Prev Next

İstirahətin təşkili

ARDNŞ-nin Sosial İnkişaf İdarəsi neftçilərin və onların ailə üzvlərinin mədəni və sağlam istirahətlərinin təşkili sahəsində ardıcıl iş aparır.

Env Txt Img

Neftçilərin və onların ailə üzvlərinin, əhalinin digər qruplarından olan vətəndaşların, xüsusi ilə gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili sahəsində bir sıra geniş miqyaslı mədəni-kütləvi, istirahət xarakterli tədbirlər keçirilir. Neftçilər və onların ailə üzvləri ARDNŞ Sİİ-nin nəzdində fəaliyyət göstərən Xaçmaz rayonunun Nabran ərazisindəki "Geofizik", "Nabran"eləcə də Balakən rayonundakı "Qubek Hotel" istirahət mərkəzlərində dincəlirlər.

Neftçilərin 2 və 5 günlük istirahətləri ARDNŞ və Sİİ tərəfindən təsdiq edilmiş cədvəllərə əsasən aparılır Hər dörd istirahət zonasında daxili intizam, yanğından mühafizə və təhlükəsizlik, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinə, sanitar-gigiyenik qaydalara ciddi əməl olunur.
Könüllü sığorta proqramı çərçivəsində istirahət zonalarına tibb işçiləri ezam olunur və onlar lazımi tibbi ləvazimat və dərman preparatları ilə təmin edilir.
“Geofizik” və “Nabran”da gündəlik 1 nəfərin istirahətinə çəkilən xərc 45 manat olmaqla, istirahət zonasında dincələn işçilərin əmək haqqından özünün və ailə üzvlərinin istirahətinin dəyərinin 15 faizi tutulur.
"Qubek Hotel"də isə 1 nəfərin 1 günlük istirahəti güzəştli şərtlərlə 20 manata başa gəlir.
İstirahətə gedənlərin daşınması Sİİ tərəfindən ayrılmış avtobuslar və qatar vasitəsilə həyata keçirilir.
Turistlərin mənalı istirahəti üçün mərkəzlərdə normal şərait yaradılıb.
Onlar istirahət etdikləri ərazi ilə yanaşı, qonşu rayonların da dilbər guşələrinə, tarixi abidələr yerləşən məkanlara ekskursiyaya aparılır, milli mətbəximizin bir-birindən ləziz və çeşidli təamlarına qonaq edilir.
Balakəni, Şəkini, Qax rayonunun İlisu qəsəbəsini əhatə edən turlar özəlliyi ilə diqqət çəkir.
Həmçinin, "Qubek Hotel"də dincələnlərin istirahət mərkəzinə məxsus xüsusi avtobuslarla qonşu Gürcüstan Respublikasına səfəri təşkil olunur.
İstirahət zonalarında viktorina və yarışmalar, diskotekalar da təşkil olunur.
Sosial İnkişaf İdarəsi mütəmadi şəkildə bütün istirahət zonalarında rəngarəng konsert proqramları təşkil edir.
Dövlət Proqramlarına əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına respublikanın müxtəlif regionlarında bir sıra yeni orta məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur.
Bunlardan bəziləri aşağıdakılardır: Balakən rayonu üzrə: • Balakən rayonu İtitala kəndində 450 şagird yerlik kənd orta məktəbi; • Balakən rayonu Qaysa kəndində 480 şagird yerlik kənd orta məktəbi.
Zaqatala rayonu üzrə: • Zaqatala şəhərində 500 şagird yerlik Z.
Əliyeva adına lisey; • Zaqatala rayonu Muxax kəndində 500 şagird yerlik kənd orta məktəbi; • Zaqatala rayonu Qazangül qəsəbəsində 360 şagird yerlik orta məktəb; • Zaqatala rayonu Əliabad kəndində 360 şagird yerlik kənd orta məktəbi.
Lerik rayonu üzrə: • Lerik rayonu Piran kəndində 360 şagird yerlik kənd orta məktəbi; • Lerik rayonu Əliabad kəndində 100 şagird yerlik kənd orta məktəbi; • Lerik rayonu Hiramo kəndində 50 şagird yerlik kənd orta məktəbi.
Qusar rayonu üzrə: • Qusar şəhərində 240 şagird yerlik 4 saylı orta məktəb; • Qusar rayonu Aşağı Ləyər kəndində 240 şagird yerlik kənd orta məktəbi; • Qusar rayonu Qalacıq kəndində 320 şagird yerlik kənd orta məktəbi; • Qusar rayonu Suvacal kəndində 200 şagird yerlik kənd orta məktəbi.
Goranboy rayonu üzrə: • Goranboy rayonu Yolqullar kəndində 142 şagird yerlik kənd orta məktəbi; • Goranboy rayonu Qarqucaq kəndində 236 şagird yerlik kənd orta məktəbi; • Goranboy rayonu Rəhimli kəndində 142 şagird yerlik kənd orta məktəbi.
Göygöl rayonu üzrə: • Göygöl rayonunda 800 şagird yerlik 1 orta məktəb binası.
Ağsu rayonu üzrə: • Ağsu rayonu Çiyni kəndində 320 şagird yerlik kənd orta məktəbi.
ARDNŞ-in maliyyə vəsaiti hesabına respublikamızın müxtəlif regionlarında, eyni zamanda Bakı şəhəri ərazisində yerləşən məktəblərdə, uşaq bağçaları və körpələr evlərində əsaslı təmir-bərpa işləri də aparılmaqdadır.
.
.

ətraflı oxu +