SOSİAL MƏSULİYYƏT

Mədəni kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlər
Prev Next

Mədəni kütləvi tədbirlər

Şirkət əməkdaşlarının istirahətinin daha yüksək səviyyədə təmin olunması, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi, ARDNŞ üzrə məişət təsərrüfat işlərinin tənzimlənməsi məqsədilə 2012-ci ildə ARDNŞ-in müvafiq əmrinə əsasən Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət İşləri Departamentinin bazasında Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamenti yaradılmışdır. Departamentin nəzdində Sumqayıt şəhərində yerləşən “Kimyaçı” mədəniyyət sarayr vardır. Bu sarayda kurs, dərnək, studiya və rəqs qrupu, ansambllar fəaliyyət göstərir. Sarayda 1 kitabxana oxucuların xidmətindədir.

Env Txt Img

Sİİ-nin nəzdində fəaliyyət göstərən 22 nəfərlik heyətdən ibarət Nəfəsli Alətlər Orkestri təkcə neftçilərin iştirakı ilə düzənlənən kütləvi tədbirlərdə deyil, əlamətdar gün və bayramlarda, o cümlədən həftədə 2 dəfə Fəvvarələr bağında Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəngarəng konsert proqramları təqdim edir, bununla da onların mənalı istirahətinə öz gözəl töhfəsini verir.

2012-ci ildə neftçilərin və onların ailə üzvlərinin, əhalinin digər qruplarından olan vətəndaşların mədəni, sağlam istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili sahəsində bir sıra geniş miqyaslı tədbirlər keçirilmişdir 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il və Novruz bayramları münasibətilə yüksək səviyyədə təşkil olunaraq keçirilən şənliklər geniş auditoriya tamaşaçılarının rəğbətini qazanmışdır.
Bayram münasibətilə keçirilən bu şənliklərin hər birində ümumilikdə 48 minədək uşaq iştirak etmiş və onların hər birinə ARDNŞ adından Yeni il və Novruz hədiyyələri verilmişdir.
Bununla yanaşı, ayrı-ayrı internat məktəblərində tərbiyə alan, həmçinin şəhid, müharibə veteranı, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan 1100 uşaq da şənlikləridə iştirak etmiş və onlara ARDNŞ-in hədiyyələri təqdim olunmuşdur.
2012-ci ildə Sosial İnkişaf İdarəsinin təşkilatçılığı ilə Səbail rayon İcra Hakimiyyəti ilə birgə «Sahil» parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş «Gül bayramı» keçirilmiş, təbii və süni güllərdən hazırlanmış müxtəlif kompozisiya və maketlər nümayiş etdirilmişdir.
Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi möhtəşəm «Gül bayramı»nda isə idarə xüsusi komissiya tərəfindən bəyənilərək seçilən «Qız Qalası» kompozisiyası ilə təmsil olunmuşdur.
Dövlət Neft Şirkəti hər il Neftçilər gününün əsl bayram ovqatında və respublika səviyyəsində geniş qeyd olunması məqsədilə silsilə tədbirlər proqramı hazırlayır.
2012-ci ildə ARDNŞ-in təşkilatçılığı ilə Sosial İnkişaf İdarəsi «Azneft» İstehsalat Birliyi, «Azərkimya» İstehsalat Birliyi və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə birlikdə Neftçilər günü ərəfəsində Bakı və Sumqayıt şəhərlərində, o cümlədən neftçilərin kompakt yaşadığı ərazilərdə bayram tədbirləri keçirmişdir.
Xəzər rayonunun Pirallahı qəsəbəsindəki Gənclər parkında və Qaradağ rayonunun Sahil qəsəbəsindəki mədəniyyət və istirahət parkında, Çilov adasında və Sumqayıt şəhər İcra Hakimiyyəti binasının qarşısındakı meydanda, Neft Daşlarındakı Mədəniyyət Sarayında rəngarəng konsert proqramları təqdim edilmişdir.
Sentyabrın 18-dən başlayaraq Milli Parkda Neftçilər gününə həsr olunan sərgi təşkil olunmuşdur.
Sahilboyu 1000 metrlik ərazini əhatə edən sərgidə ARDNŞ-in bütün struktur vahidləri öz fəaliyyətlərini əks etdirən stendlər, maketlər və müxtəlif kompozisiyalarla təmsil olunmuşdur.
Sentyabrın 20-də ARDNŞ rəhbərliynin iştirakı ilə sərgiyə baxış keçirilmiş, görülən işlər yüksək qiymətləndirilmişdir.
Tədbirdə Sosial İnkişaf İdarəsi «Neftçi» İdman Sağlamlıq Mərkəzinin idmançıları nümunəvi çıxışlar təqdim etmiş, rəssamların müxtəlif mövzularda çəkdikləri rəngkarlıq işləri sərgilənmişdir.
Sentyabrın 20-də axşam saatlarında isə Milli Parkda Azərbaycanın məşhur incəsənət xadimlərinin, eləcə də milli və estrada janrlı mahnı və rəqs kollektivlərinin, ansamblların iştirakı ilə təşkil olunan möhtəşəm konserti neftçilərlə yanaşı, paytaxt sakinləri və şəhərimizin qonaqları da izləmişlər.
Sİİ ayrı-ayrı bayramlar və əlamətdar günlər münasibətilə hərbi hissələrdə, uşaq evlərində, əlillər evlərində, qocalar evlərində və internat məktəblərində maraqlı konsert proqramları təşkil edir.
.
.

ətraflı oxu +