TƏDQİQAT VƏ İNKİŞAF

Jurnal Haqqında

Jurnal Haqqında
Prev Next

Jurnal Haqqında

Jurnal Haqqında

Env Txt Img

Nəşr edən: "Neftqazelmitədqiqatlayihə" İnstitutu
Dövrilik: ildə 4 buraxılış
Print ISSN: 2218-6867
On-line ISSN: 2218-8622

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun rəsmi nəşri olan “Elmi Əsərlər” jurnalı 1930-cu ildən nəşr edilir və neft-qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur . “Neftqazelmitədqiqatlayihə” İnstitutu 2009-cu ildə, ARDNŞ-nin iki institutunun - “Elmi-Tədqiqatlar” İnstitutunun (əvvəllər AzərETNÇİ, AzərETNQİ, AzərNSDETLİ) və “Neftqazlayihə” İnstitutunun (əvvəllər “Dənizneftqazlayihə” DETLİ) birləşməsi nəticəsində yaradılmışdır.

Uzun illər ərzində hər bir jurnal geologiya, geofizika, yataqların işlənilməsi, quyuların qazılmasının texnikası və texnologiyası, neft və qazın hasilatı, hazırlanması və nəqli, ətraf mühitin qorunması və s sahələri üzrə keyfiyyətli, dəqiq, elmi cəhətdən əsaslandırılmış məlumatlar mənbəyi olmuşdur.
İnstitutun saytında jurnala pdf-formatda tam daxil olma təqdim edilir.
Jurnalın arxivi aşağıdakı həcmdə təqdim edilir:
• “Elmi-Tədqiqatlar” İnstitutu – 12 buraxılış (2003-2009-cu illər)
• “Neftqazlayihə” İnstitutu – 2 buraxılış (2008-2009-cu illər) Jurnal 2004-cü ildən Azərbayçan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən dissertasiyaların əsas nəticələrinin dərc edilməsi ücün tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnal beynəlxalq sitatgətirmə sistemi SCOPUS, Rusiya Elmi Sitatgətirmə İndeksi və xülasələndirmə sistemləri EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Inspec daxildir.
Jurnal müəlliflər və yaradıcı kollektivlər tərəfindən, əvvəllər heç bir yerdə nəşr edilməyən, aşağıdakı istiqamətlər üzrə məqalələri qəbul edir:
• Faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı
• Neft və qaz yataqların işlənməsi
• Quyuların qazılması
• Neft və qazın hasilatı
• Neft və qazın nəqli və saxlanılması
• Neftin və qazın emalı. Neftkimya
• Neft-qazmədən qurğuları (o cümlədən, dəniz hidrotexniki qurğuları, korroziyadan mühafizə və s .)
• Neft və qaz sənayesinin iqtisadiyyatı
• Neftqaz kompleksində ətraf mühitin mühafizəsi
• Neft və qaz sənayesi üçün tədbiqi əhəmiyyəti olan fundamental elmi tətqiqatlar.

Məqalələr üc dildə nəşr edilir: azərbaycan, rus və ingilis.
Müəllif (həmmüəllif) və nəşriyyat arasında qarşılıqlı prosedurları sadələşdirmək məqsədilə Sizə Müəlliflər ücün qaydalarla tanış olmağı təklif edirik .

Məqaləni redaksiyaya aşağıdakı ünvanda göndərmək lazımdır: Azərbaycan Respublikası, Az1012 Bakı, Zərdabi pr. 88A. “Neftqazelmitədqiqatlayihə” İnstitutu.
“Elmi Əsərlər” jurnalı redaksiyası
Redaksiyanın telefonu – (994 12) 521-15-32, elektron ünvan – ofelya.zeynalova@socar.az.
.

ətraflı oxu +