TƏDQİQAT VƏ İNKİŞAF

Haqqında

Haqqında

Haqqında

Haqqında

Haqqında

Haqqında

Haqqında

Haqqında
Prev Next

Haqqında

“Neftqazelmitədqiqatlayihə” İnstitutu

Env Txt Img

Azərbaycan Respublikası Prezidentinin 20. 07. 2009-cu il tarixi 126 №-li “ARDNŞ strukturunun təkmilləşdirilməsi” fərmanının icrası ilə əlaqədar, ARDNŞ Prezidentinin 21. 07. 2009-cu il tarixi 95 №-li Əmrinə əsasən, iki institutun – “Elmi Tədqiqatlar” və “Neftqazlayihə” – birləşməsi nəticəsində – ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutu yaradılmışdır.
ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutu aşkar olunmuş strukturların və neft-qaz yataqlarının geoloji-geofiziki tədqiqatı, axtarış-kəşfiyyatı, strukturların işlənməyə hazırlanması, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, mənimsənilməsi və istismarı, neft-kimya və neft-qaz emalı ilə əlaqədar hər növ layihələndirmə işlərinin həyata keçirilməsi, neft sənayesinin iqtisadiyyatı və idarə olunması, neft və qaz çıxarmanın yaxın inkişaf konsepsiyasının tərtib edilməsi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, karbohidrogen məhsullarının hazırlanması, saxlanması və nəqli sahəsində qarşıya çıxan problemlərin elmi həllini, həmçinin aidiyyəti normativ sənədlərin tərtib edilməsini və dövlət orqanlarında qeydiyyatdan keçirilməsini həyata keçirir.

İnstitutun tərkibində elmi-tədqiqat, layihə və konstruktor işləri ilə məşğul olan 80-dən çox laboratoriya və şöbə fəaliyyət göstərir
İnstitutun 1300-dən çox əməkdaşı vardır, bu da mühüm layihələrin yerinə yetirilməsinə imkan verir. Böyük elmi-texniki potensiala malik olan institutda hal-hazırda 24 doktor və 110 elmlər namizədi işləyir, dünya səviyyəsində aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti ixtira patentləri ilə təsdiq olunub.
İnstitutun fəaliyyət göstərdiyi müddətdə 1200-dən çox ixtira edilmişdir.
Yüksək elmi-texniki potensial və illər boyu toplanmış alim və mütəxəssislərin zəngin təcrübəsi müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleksli mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyəsində həllinə zəmanət verir.

Neftin, qazın, suyun, süxurun, deemulqatorların istifadəsi, qazıma məhlulların xassələrinin təyin edilməsi və başqa tədqiqatlar dünya standartlarına cavab verən müasir sertifikatlaşdırılmış cihazlarda və laborator qurğularda aparılır.

İnstitut müasir kompyüter texnikası və problem-yönəldici proqram təminatı ilə əchiz olunub.

İllər boyu toplanmış məlumat bazası institutun sərvətlərindən biridir.
80 mindən çox kitab, 110 min çox elmi-texniki jurnallar və başqa nəşrlər institutun elmi-texniki kitabxanasında yerləşir.

İnstitutun 50-dən artıq kəşfiyyat-layihə işlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən verilmiş lisenziyası vardır.

İnstitutun layihələndirmə və elmi-tədqiqat işləri üzrə Keyfiyyətin İdarəetmə Sistemi İSO 9001:2008 DNV kompaniyası tərəfindən sertifikatlaşdırılıb.

“Neftqazelmitədqiqatlayihə” İnstitutu ARDNŞ-nin idarə və müəssisələrinin, eləcə də kənar təşkilatların sifarişlərini yerinə yetirir.


Əlaqə: Теl: (+994 12) 431 58 85 Faks: (+994 12) 431 87 08
E-mail: office.ogpi@socar.az .
.

ətraflı oxu +