Xəbərlər arxivi
Neft Daşlarında insident baş verib
Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş vermişdir.
Nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmişdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilmişdir, araşdırma aparılır.
SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.