Xəbərlər arxivi

           
                           
                               Bakı Ali Neft Məktəbinin tələbələri “Techno Fest 2017” yarışmasının qalibləri sırasında 
<br><br>Gallery                            
                           
                               
                               
                                   8 Sentyabr 2017                                                                    

Bakı Ali Neft Məktəbinin tələbələri “Techno Fest 2017” yarışmasının qalibləri sırasında

                               
                               

Bakı Ali Neft Məktəbinin 3 tələbəsi BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2017” layihə təqdimatı yarışmasında uğur qazanmışlar. Ali məktəbin IV kurs tələbələri Tərlan Əliyev (“Kimya mühəndisliyi” ixtisası üzrə), Aydan Əsədova (“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə) və Fərhad Qədimov (“Neft-qaz mühəndisliyi” ixtisası üzrə) 27 təcrübəçinin iştirak etdiyi müsabiqədə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülmüşlər. Hər il BP tərəfindən təşkil olunan “Techno Fest” müsabiqəsi qlobal xarakter daşıyır və texniki innovasiyalar ilə bağlı ideyaların dəstəklənməsinə xidmət edir. Yarışma BP-də çalışmaq arzusunda olan və yay təcrübəsi keçən şəxslər, o cümlədən tələbələr arasında keçirilir. Gənc mühəndislər burada öz layihələrini təqdim etmək, təcrübə və nəticələrini həmkarları ilə bölüşmək imkanı qazanırlar. Ötən il BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elşən Mikayılov BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman “Techno Fest 2016” müsabiqəsində I yeri qazanmışdı.