Xəbərlər arxivi

           
                           
                               Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdirGallery                            
                           
                               
                               
                                   5 Sentyabr 2017                                                                    

Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir

                               
                               

Sentyabrın 5-də Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin açılışı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin tərəfdaşı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak etmişdir. Kollecin direktoru Sigve Austheim qonaqları, şagirdləri və valideynləri salamlamış, bildirmişdir ki, 470 şagirdin təhsil aldığı məktəbdə 20 nəfərdən çox xarici mütəxəssis işləyir. Şagirdlərin əksəriyyətinin əla nəticə göstərmələri məktəbdəki tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani şəkildə sübut edir.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan söz açmış, Britaniya Kollecinin qazandığı uğurların dövlətin qayğısının təzahürü olduğunu bildirmişdir. O qeyd etmişdir ki, kollecin şagirdləri artıq iki ildir SOCAR-ın təqaüd programında iştirak edir və bu müddət ərzində 40-dan çox şagird yüksək nəticələr göstərərək təqaüdə layiq görülmüşdür. SOCAR prezidenti çıxışının sonunda kollecin müəllim və şagird kollektivini yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdlr.

Valideynlər adından çıxış edən millət vəkili Rəşad Mahmudov məktəbin müəllim heyətinin əməyini yüksək qiymətləndirmiş, kollecə göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirmiş, gələcək uğurların təməlini bu gün əldə edilən biliklərin təşkil etdiyini vurğulamışdır.

Sonda birinci sinif şagirdi dərs ilinin başlanmasını bildirən ilk zəngi çalmışdır.

Xatırladaq ki, Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi mötəbər beynəlxalq akreditasiya qurumlarına üzv olan kollec həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda öz tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil etmişdir. Ötən ildən məktəbin şagirdləri beynəlxalq olimpiadalarda iştirak edirlər. Sevindirici haldır ki, 9-cu sinif şagirdi Səid Əyyubov Nyu-Yorkda keçirilən layihə olimpiadasında qızıl medala layiq görülmüşdür. Eyni zamanda məktəbdə çalışan yerli müəllimlər kollecin hesabına Böyük Britaniyadakı Nottingham Universitetinin ixtisasartırma kurslarına göndərilir. Hazırda 6 müəllim təhsilini davam etdirir, 9-u isə kursunu müvəffəqiyyətlə bitirmişdir