Xəbərlər arxivi

           
                           
                               “Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilmişdir
<br><br>Gallery                            
                           
                               
                               
                                   17 Avqust 2017                                                                    

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilmişdir

                               
                               

“Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilmişdir. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulmuş, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılmış, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.