Xəbərlər arxivi

           
                           
                               “Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq
<br><br>Gallery                            
                           
                               
                               
                                   15 Avqust 2017                                                                    

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq

                               
                               

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ''Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir.

İşlər çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanmış, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanmış, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılmışdır. 3 ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilmiş və qülləaltı postament qoyulmuşdur. Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.