Xəbərlər arxivi

           
                           
                               BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək Gallery                            
                           
                               
                               
                                   21 Aprel 2017                                                                    

BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək

                               
                               

Bakı Ali Neft Məktəbinin rəhbərliyi Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat vermiş, məktəbdə xaricdə fəaliyyətini genişləndirən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlandığını bildirmişdir.

ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd qeyd etmişdir ki, ATKINS Global-ın fəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri göstərir. BP ilə regional müqavilə əsasında Azərbaycanda fəaliyyət göstərən ATKINS “Milliləşdirmə siyasəti”nə dəstək göstərən şirkətlər arasında xüsusi yer tutur. Bu məqsədlə şirkət tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera yüksəlişinə töhfə vermək niyyətindədir. Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit BANM ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd etmişdir. Sonda BANM və ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunmuşdur.