Xəbərlər arxivi

           
                           
                               BANM-də  “SOCAR Polymer”də Yay təcrübəsi proqramının təqdimatı olmuşdurGallery                            
                           
                               
                               
                                   20 Aprel 2017                                                                    

BANM-də “SOCAR Polymer”də Yay təcrübəsi proqramının təqdimatı olmuşdur

                               
                               

“SOCAR Polymer” MMC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşərək, 2017- ci il Yay təcrübəsi proqramının təqdimatını keçirmişlər. Tədbirdə “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) baş direktoru Fərid Cəfərov və şirkətin nümayəndələri, tələbələr iştirak etmişlər. BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, layihəni ölkəmizin gələcəyi, iqtisadiyyat, qeyri-neft sektoru və sənayenin inkişafına dəstək kimi qiymətləndirmiş, BANM və “SOCAR Polymer” arasında əməkdaşlığın kimya mühəndisliyi üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyini bildirmişdir.

“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM ilə əməkdaşlıq qurmaqdan məmnunluğunu ifadə etmiş, təhsil ocağında yetişdirilən mühəndis kadrlarını Azərbaycan sənayesinin parlaq gələcəyi adlandırmışdır. Sonra “SOCAR Polymer” MMC-də yay təcrübə layihəsi haqqında geniş təqdimat keçirən F.Cəfərov qeyd etmişdir ki, 12 həftəlik təcrübə zamanı tələbələr ən son avadanlıq və texnologiyalardan istifadə etməklə təcrübəli mütəxəssislərlə birlikdə müxtəlif əməliyyatlar həyata keçirəcək, istehsalat sahələri və obyektlərdə iş prosesi ilə tanış olacaqlar. Gənclər müxtəlif avadanlıqların iş prinsipi, texnologiyalar, keyfiyyətə nəzarət və digər istehsalat prosesləri haqqında biliklər əldə etmək imkanı qazanacaqlar. “SOCAR Polymer”-in müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.