Xəbərlər arxivi

20 Sentyabr 2018

SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müvafiq əmrlərinə əsasən, “Neftçilər günü” peşə bayramı ilə əlaqədar respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı ilə təltif ediliblər. Qeyd edək ki, SOCAR-ın idarə və müəssisələrində çalışan 126 əməkdaş bu mükafata layiq görülüb. Siyahını nəzərinizə çatdırırıq.



Abdullayeva Dilarə Ağalar qızı

Abdulova Səkinə Fəxrəddin qızı

Abdullayev Aydın Əsəd oğlu

Abdullayev Nəsib Həbulla oğlu

Axundova Gülsüm Firuddin qızı

Abdullayev Qabil Kamal oğlu

Abduləliyev Firuz Talış oğlu

Allahverdiyeva Nailə Vəli qızı

Alıyev Fizuli Qurban oğlu

Aslanov Əflan Aslan oğlu

Aslanov Arif Məhəmməd oğlu

Axundov Şahin Xosrov oğlu

Bayramov Asif Əlirza oglu

Babayev Şəhriyar Firidun oğlu

Babayev Fərhad Məmməd oğlu

Balayev Ramil Alxas oğlu

Bədəlli Umavir Zakir oğlu

Bəyəliyev Mətləb Aydın oğlu

Cavadov Natiq İsgəndər oğlu

Gəncəyev Ehtibar Baba oglu

Eyyubov Adil Soltanəli oğlu

Əhmədova Rəna Salman qızı

Əhmədli Ramiz Eldar oglu

Ələsgərov İntiqam İsmayıl oğlu

Əmirəliyev Zaur Axanoviç

Əbdülov Elman Mustafa oğlu

Əbdülov Vüqar Ənvər oğlu

Əhmədov Bəhmən Əli oğlu

Əliyev Azad Baratxan oğlu

Əliyev Vüsal Elman oğlu

Əzizov Elxan Mahmud oğlu

Əliyev Elşən Fərhad oğlu

Əliyev Şəfahət Fərhad oğlu

Əmrahov Rzaquli Məmmədəli oğlu

Əsədov Cahangir Seyfəl oğlu

Əsədov Arzuman Süleyman oğlu

Əskərov Zülfiqar Ağaverdi oğlu

Hadiyev Rasif Marifət oğlu

Hacıyev Rövşən Eyvaz oglu

Hacıyev Füzuli Əsgər oğlu

Hacıyev Namiq Hacı oğlu

Həsənov İsmayıl Qara oglu

Həsənov Sərvət Səfər oğlu

Hidayətov Minbala Həmdulla oğlu

Həsənov Əliş Ramiz oglu

Həşimov Rafiq Həşim oğlu

Həşimov Mirsəməd İsmayıl oğlu

Heydərov Zamin Əli oğlu

Hümmətov Binyət Əsəd oglu

Hüseynov Mehdi Əsgər oğlu

İbrahimov Eldar İsmət oğlu

İsayev Nazim Qazıxan oğlu

İsmayılova İlhamə İmran qızı

İsmixanova Xuraman Hüseynağa qızı

İsrafilov Fərman Ağahüseyn oglu

İsayev Əli Bəbir oğlu

Karibov Rəhim Şixnəbi oğlu

Kazımov Xaqani Ağazadə oğlu

Kəsəmənli Nəzrin Zaur qızı

Kərimov Alim Gülbala oglu

Kərimov Zakir Atakişi oglu

Kərimov Yaşar Sabir oğlu

Kolin Antoni Simpson

Qafarov İldırım Ağaməmməd oğlu

Qanin Andrey Vladimiroviç

Qasımov Qurban Oruc oğlu

Quliyev Eynulla Hüseynqulu oğlu

Qocayev Fərid Fizuli oğlu

Qurbanov Əli Qurban oğlu

Mahmudov Bəhlul Şəmil oğlu

Məmmədxanov Barxudar Riza oğlu

Mənafov Araz Səyad oğlu

Muxmanov Muxman Həkimxanoviç

Məmmədzadə Sitarə Azər qızı

Mikayılov Elgiz Əvəz oğlu

Mikayılov Mehman Qurban oğlu

Müzəffərzadə Azər Müzəffər oglu

Məcidov Ceyhun Mahir oğlu

Məmmədov Zaur Ləyaqət oglu

Məmmədhəsənov Kamran Qəşəm oğlu

Məmmədov Saməddin Dursun oğlu

Məmmədov Teymurxan Misirxan oğlu

Məmmədova Kamilə Kamil qızı

Məmmədli Zeynal Ədalət oğlu

Məmmədov Həsrət Mürşüd oğlu

Mirzəyev Samir Zəhimağa oğlu

Müzəffərov Müşfiq Feyzulla oglu

Museyibov Muradxan Mahmud oglu

Mustafayev Fətulla Ramiz oğlu

Nadirov Adil Tapdıq oglu

Nəcəfov Rövşən Hacı Ağa oğlu

Nəsibov Rövşən Ənvər oğlu

Ometova Qalina Dmitriyevna

Orucova Əsmər Məmməd qızı

Ramazanov Aslan Sultan oğlu

Ramazanov Xəyal Vəkil oglu

Ramaldanov Şükür Əmirçoban oğlu

Rəhimov Seymur Fuad oglu

Rəhimov Elnur Nəbi oglu

Rüstəmov Nağı Bəxtiyar oğlu

Rüstəmova Fəridə Cəlal qızı

Ros Kempbel Ferquson

Rzayev Abbas Vaqif oğlu

Rzayev Bayram Sarif oğlu

Rza-zadə Saleh Nazim oğlu

Salmanov Şükür Kamal oğlu

Salmanov Əhməd Qurban oğlu

Səlimov Vilayət Əvəz oğlu

Səfərov Yaşar Oruc oğlu

Sarıvəliyev Məhəmməd Sabir oğlu

Səfərov Gülmirzə Gülbala oğlu

Səfərov Hüseyn Ağalar oğlu

Səmədov Atif Dursun oğlu

Səmədov Rauf Güləhməd oğlu

Səfərov Emin Barat oğlu

Sultanov Elxan Oqtay oğlu

Umarov Ramin Qüdrət oglu

Useynov Ələmdar Useyn oğlu

Vəliyev Zaur Sabir oğlu

Vladimir Şlimak

Yadigarov İlqar Teymur oğlu

Yusufov Hikmət Məmmədağa oğlu

Zaqirbekov Rauf Asanoviç

Zeynalov Zakir Əziz oğlu

Zeynalov Ramil Məhəmməd oğlu

Zərbəliyev Hüseyn Bəylər oğlu

20 Sentyabr 2018

Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılmışdır

+

“Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilmişdir. Müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulmuşdur. Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülmüşdür.

SOCAR prezidenti Rövnəq Abdullayev müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək demişdir: “50 ildən artıq bir müddətdə neftqazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilmişdir. Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmir arası müddərtin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaqdır.”

Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat Müəssisəsi “Azneft” İB-nin tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hal-hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 Neftqazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Müəssisədə həmçinin “Azneft” İB-nin Neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur.