Xəbərlər arxivi

1 Noyabr 2017

Neft məhsullarının ixracı (oktyabr 2017-ci il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin oktyabr ayında 51 min 129 ton dizel yanacağı, 9 min 527 ton təyyarə yanacağı, 2 min 439 ton yüksək təzyiqli polietilen, 786 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 321 ton maye piroliz qətranı və 2 min 134 ton propilen ixrac etmişdir. Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 min 288 ton dizel yanacağı, 43 min 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 min 704 ton yüksək təzyiqli polietilen, 9 min 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 min 306 ton maye piroliz qətranı, 31 min 384 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 560,49 ABŞ dolları, təyyarə yanacağının - 543,08 dollar, dizel yanacağının - 505,58 dollar, 1 faizli kükürdlü mazutun - 330,91 dollar, yüksək təzyiqli polietilenin -1235 dollar, butilen butadien fraksiyasının - 652,86 dollar, maye piroliz qətranının - 560,49 dollar, propilenin qiyməti - 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1282,50 avro təşkil etmişdir.

1 Noyabr 2017

Oktyabr ayında dünya bazarında xam neftin qiymətləri

+

Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 57,36 dollara, Urals nefti 56,73 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,91 dollara satılmışdır.

1 Noyabr 2017

Xam neftin ixracı (oktyabr 2017-ci il)

+

SOCAR 2017-ci ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.