Xəbərlər arxivi

10 Oktyabr 2017

Yunanıstanın səfiri Bakı Ali Neft Məktəbində olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellos ilə görüşmüşdür. Rektor səfirə BANM-in yaranma tarixi, beynəlxalq əlaqələri, fəaliyyət istiqamətləri və tədris prosesi haqqında ətraflı məlumat vermiş, iki ölkə arasında əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, cari ildə Erasmus+ proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində təhsilini davam etdirəcək. Gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılmasının nəzərdə tutulduğu bildirilmişdir. Səmimi qəbula görə təşəkkür edən səfir Nikolaos Kanellos Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulamışdır.

Görüşdə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

10 Oktyabr 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir

+

“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Üstü Qumlu Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1840-1836 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.