Xəbərlər arxivi

2 Oktyabr 2017

Neft məhsullarının ixracı (sentyabr 2017-ci il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin sentyabr ayında 37 min 646 ton dizel yanacağı, 7 min 528 ton təyyarə yanacağı, 890 ton mütləqləşdirilmiş izopropil spirti, 112 ton maye piroliz qətranı, 596 ton propilen və 598 ton butilen butadien fraksiyası ixrac etmişdir. Ümumilikdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 401 min 158 ton dizel yanacağı, 33 min 582 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 265 ton yüksək təzyiqli polietilen, 9 min 107 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 985 ton maye piroliz qətranı, 29 min 249 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 575,01 ABŞ dolları, təyyarə yanacağının - 539,99 dollar, dizel yanacağının - 505,99 dollar, 1 faizli kükürdlü mazutun - 317,18 dollar, yüksək təzyiqli polietilenin - 1219 dollar, butilen butadien fraksiyasının - 628,77 dollar, maye piroliz qətranının - 575,01 dollar, propilenin qiyməti - 830 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1450 avro təşkil etmişdir.

2 Oktyabr 2017

Sentyabr ayında dünya bazarında xam neftin qiymətləri

+

Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 56,05 dollara, Urals nefti 54,17 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,05 dollara satılmışdır.

2 Oktyabr 2017

Xam neftin ixracı (sentyabr 2017-ci il)

+

SOCAR 2017-ci ilin sentyabr ayında Novorossiysk limanından 169 min 675 ton, Supsa limanından 172 min 138 ton, Ceyhan limanından 1 milyon 352 min 984 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 157 min 704 ton, Supsa limanından 1 milyon 751 min 811 ton, Ceyhan limanından 12 milyon 753 min 536 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.