Xəbərlər arxivi

8 Sentyabr 2017

Bakı Ali Neft Məktəbinin tələbələri “Techno Fest 2017” yarışmasının qalibləri sırasında

+

Bakı Ali Neft Məktəbinin 3 tələbəsi BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2017” layihə təqdimatı yarışmasında uğur qazanmışlar. Ali məktəbin IV kurs tələbələri Tərlan Əliyev (“Kimya mühəndisliyi” ixtisası üzrə), Aydan Əsədova (“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə) və Fərhad Qədimov (“Neft-qaz mühəndisliyi” ixtisası üzrə) 27 təcrübəçinin iştirak etdiyi müsabiqədə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülmüşlər. Hər il BP tərəfindən təşkil olunan “Techno Fest” müsabiqəsi qlobal xarakter daşıyır və texniki innovasiyalar ilə bağlı ideyaların dəstəklənməsinə xidmət edir. Yarışma BP-də çalışmaq arzusunda olan və yay təcrübəsi keçən şəxslər, o cümlədən tələbələr arasında keçirilir. Gənc mühəndislər burada öz layihələrini təqdim etmək, təcrübə və nəticələrini həmkarları ilə bölüşmək imkanı qazanırlar. Ötən il BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elşən Mikayılov BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman “Techno Fest 2016” müsabiqəsində I yeri qazanmışdı.

8 Sentyabr 2017

Avqust ayında Ceyhan limanından 2,5 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

+

2017-ci ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

8 Sentyabr 2017

Avqust ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

+

2017-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar- avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.