Xəbərlər arxivi

5 Sentyabr 2017

Neft məhsullarının ixracı (avqust 2017-ci il)

+

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac etmişdir. Ümumilikdə, 2017-ci ilin yanvar-avqust ayları ərzində 363 min 512 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 244 ton yüksək təzyiqli polietilen, 8 min 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 873 ton maye piroliz qətranı, 28 min 653 ton propilen və 21 min 17 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 548,55 ABŞ dolları, təyyarə yanacağının - 505,99 dollar, dizel yanacağının - 460,64 dollar, 1 faizli kükürdlü mazutun - 296,72 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 557,73 dollar, maye piroliz qətranının - 548,55 dollar, propilenin qiyməti - 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1390 avro təşkil etmişdir.

5 Sentyabr 2017

Avqust ayında dünya bazarında xam neftin qiymətləri

+

Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,64 dollara, Urals nefti 51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,05 dollara satılmışdır.

5 Sentyabr 2017

Xam neftin ixracı (avqust 2017-ci il)

+

SOCAR 2017-ci ilin avqust ayında Novorossiysk limanından 254 min 363 ton, Ceyhan limanından 1 milyon 733 min 484 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 988 min 28 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 11 milyon 400 min 551 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

5 Sentyabr 2017

Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir

+

Sentyabrın 5-də Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin açılışı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin tərəfdaşı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak etmişdir. Kollecin direktoru Sigve Austheim qonaqları, şagirdləri və valideynləri salamlamış, bildirmişdir ki, 470 şagirdin təhsil aldığı məktəbdə 20 nəfərdən çox xarici mütəxəssis işləyir. Şagirdlərin əksəriyyətinin əla nəticə göstərmələri məktəbdəki tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani şəkildə sübut edir.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan söz açmış, Britaniya Kollecinin qazandığı uğurların dövlətin qayğısının təzahürü olduğunu bildirmişdir. O qeyd etmişdir ki, kollecin şagirdləri artıq iki ildir SOCAR-ın təqaüd programında iştirak edir və bu müddət ərzində 40-dan çox şagird yüksək nəticələr göstərərək təqaüdə layiq görülmüşdür. SOCAR prezidenti çıxışının sonunda kollecin müəllim və şagird kollektivini yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdlr.

Valideynlər adından çıxış edən millət vəkili Rəşad Mahmudov məktəbin müəllim heyətinin əməyini yüksək qiymətləndirmiş, kollecə göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirmiş, gələcək uğurların təməlini bu gün əldə edilən biliklərin təşkil etdiyini vurğulamışdır.

Sonda birinci sinif şagirdi dərs ilinin başlanmasını bildirən ilk zəngi çalmışdır.

Xatırladaq ki, Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi mötəbər beynəlxalq akreditasiya qurumlarına üzv olan kollec həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda öz tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil etmişdir. Ötən ildən məktəbin şagirdləri beynəlxalq olimpiadalarda iştirak edirlər. Sevindirici haldır ki, 9-cu sinif şagirdi Səid Əyyubov Nyu-Yorkda keçirilən layihə olimpiadasında qızıl medala layiq görülmüşdür. Eyni zamanda məktəbdə çalışan yerli müəllimlər kollecin hesabına Böyük Britaniyadakı Nottingham Universitetinin ixtisasartırma kurslarına göndərilir. Hazırda 6 müəllim təhsilini davam etdirir, 9-u isə kursunu müvəffəqiyyətlə bitirmişdir