Xəbərlər arxivi

25 Yanvar 2017

“Bulla-dəniz” yatağında yeni quyu qazılır

+

“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək.

Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

25 Yanvar 2017

Rumıniya səfiri BANM-də görüş keçirmişdir

+

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşmüşdür. Səfir çıxışında 24 yanvar 1859-cu il tarixinin Rumıniya dövlətinin yaranması günü olduğunu bildirmiş və bu tarixi günün əhəmiyyəti haqqında məlumat vermişdir. Cənab D.İanku ölkəsinin tarixindən, xüsusilə neft sənayesinin 19-cu əsrdən başlayan inkişaf tarixindən söz açmışdır. Səfir vurğulamışdır ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Diplomat ölkəsinin Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da genişləndirməkdə, o cümlədən BANM və Rumıniya universitetləri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulamış, qeyd etmişdir ki, bu istiqamətdə görülən tədbirlərə dəstək göstəriləcəkdir. Görüşün sonunda səfir sualları cavablandırmışdır.