Xəbərlər arxivi

24 Yanvar 2017

Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

+

Yanvarın 24-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində “Beynəlxalq biznes və korporativ hüquq” və “Layihənin idarə olunması, maliyyə və risklər” ixtisasları üzrə magistr təhsilini başa vurmuş 2 məzunun hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat vermişlər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilmişdir. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 2 iddiaçının namizədliyinə də baxılmışdır.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.

24 Yanvar 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.