Xəbərlər arxivi

23 Yanvar 2017

SOCAR-ın Rumıniyada keçirdiyi “Sənin yolların daha asandır” kampaniyası başa çatmışdır

+

Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının 2-ci və 3-cü mərhələləri başa çatmışdır. Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında yanacaq alan müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanmışlar.

Kampaniyanın 2-ci mərhələsində 32 ədəd 200 leilik (89 AZN), 3-cü mərhələsində isə əsas uduş - 1 ədəd 1000 leilik (450 AZN) yanacaq kartları sahiblərini tapmışlar. İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udmuşdu.

“Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilmişdir.

23 Yanvar 2017

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

+

Yanvarın 24-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

23 Yanvar 2017

“Azərikimya”nın işçisi olmaq istəyən gənclər üçün növbəti şans

+

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi 2 aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan etmişdir: 1. Mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə)

2. Mühəndis-energetik (energertika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

4. Mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

5. Nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə)

6. Mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə)

7. Kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə)

Müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.

Tələb olunan sənədlər: Ali təhsil haqqında diplomun surəti; şəxsiyyət vəsiqəsinin surəti; CV (şəxsi məlumat) forması.

Müsabiqəyə son müraciət tarixi: 31 yanvar 2017-ci il tarixidir.

Prosedur: İlkin seçim müsabiqəsini keçən gənclər “Azərikimya”da iki aylıq ödənişli (əmək haqqı almaqla) təcrübə keçdikdən sonra, elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Əlavə məlumat və sənədlərin göndərilməsi üçün:

(050) 843-10-11 - Mirvari Abdurahmanova

mirvari.abdurahmanova@socar.az

(050) 843-11-30 - Orxan Məhərrəmli

orxan.maharramli@socar.az

23 Yanvar 2017

“BP-Azərbaycan”ın vitse-prezidenti BANM-də təqdimatla çıxış etmişdir

+

Bakı Ali Neft Məktəbində (BANM) “BP” şirkətinin illik silsilə təqdimatları çərçivəsində “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda məruzə dinlənilmişdir. BANM-nin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün keçirilən təqdimat zamanı “BP-Azərbaycan” şirkətinin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov Azərbaycan, Gürcüstan və Türkiyə regionunda “BP” tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdən söz açmış, son 20 ildə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında görülmüş işlərin nəticələri, eləcə də “Şəfəq-Asiman” yataqlar blokunun işlənilməsi üzrə perspektivlər barədə tələbələri ətraflı məlumatlandırmış, TAP və TANAP layihələrinin Azərbaycan qazının Avropa bazarına çıxarılmasında oynadığı rolundan danışmışdır.

Sonda Elxan Məmmədov tələbələrin çoxsaylı suallarına cavab vermişdir.