Xəbərlər arxivi

20 Yanvar 2017

SOCAR kollektivinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etmişlər

+

Yanvarın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Şirkətin çoxminli kollektivinin təmsilçiləri 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onların məzarları üzərinə tər çiçəklər düzmüş, ruhları qarşısında baş əymişlər.