Xəbərlər arxivi

18 Yanvar 2017

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

+

Yanvarın 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq. Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

18 Yanvar 2017

“Neft Daşları” yatağında 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16300 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.