Xəbərlər arxivi

13 Yanvar 2017

“Günəşli” yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.