Xəbərlər arxivi

10 Yanvar 2017

Magistral qaz kəmərində qəza baş vermişdir

+

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir. Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir.

10 Yanvar 2017

Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.