Xəbərlər arxivi

9 Yanvar 2017

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

9 Yanvar 2017

Dekabr ayında Ceyhan limanından 1,9 milyon tona yaxın neft dünya bazarlarına çıxarılmışdır

+

2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 374 min 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 milyon 640 min 827 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

9 Yanvar 2017

Dekabr ayında BTC kəməri ilə təxminən 2,4 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

+

2016-cı ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 450 ton Azərbaycan nefti nəql olunmuşdur. Ötən ilin yanvar- dekabr aylarında bu kəmərlə 28 milyon 862 min 673 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər BTC-yə 321 milyon 538 min 62 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.