Xəbərlər arxivi

6 Yanvar 2017

2016-cı ilin dekabr ayında həyata keçirilmiş qazma işləri

+

2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4882 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin 4839 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105245 metr qazma işi görülmüşdür ki, bunun da 102532 metri istismara, 2713 metri isə kəşfiyyata aid olmuşdur.

Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınmış 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.

6 Yanvar 2017

“Neft Daşları” yatağındakı 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Bu günlərdə “Neft Daşları” yatağındakı 2387 saylı stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 1365-1360 metr intervaldan sutkalıq 15 ton neft və 7500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.