Xəbərlər arxivi

2 Yanvar 2017

Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir

+

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir. Qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilmişdir. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılmışdır.

Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.