Xəbərlər arxivi

26 Dekabr 2016

“Neft Daşları” yatağındakı 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Bu günlərdə “Neft Daşları” yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.