Xəbərlər arxivi

22 Dekabr 2016

Abşeron magistral qaz kəmərləri sahələsində cari təmir işləri aparılacaq

+

Dekabrın 23-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

22 Dekabr 2016

SOCAR-ın mütəxəssislərinə sertifikatlar təqdim edilmişdir

+

Dekabrın 22-də SOCAR-ın Baş ofisində müəssisə və təşkilatların fəaliyyət effektivliyinin artırılması istiqamətində həyata keçirilmiş “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Son illər SOCAR-ın beynəlxalq standartlara cavab verən ən qabaqcıl effektiv idarəetmə sistemlərinə və texnologiyalarına malik beynəlxalq şirkətə çevrilməsi istiqamətində bir cox uğurlu layihələr həyata keçirilmişdir. Bunlardan biri də SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin idarə və müəssisələrində birgə reallaşdırılmış “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsidir. SOCAR-ın idarə və müəssisələrinin mütəxəssisləri layihə çərçivəsndə optimallaşmanın istiqamətləri üzrə məsləhətçi şirkət tərəfindən keçirilən təlimlərdə iştirak etmiş və beynəlxalq təcrübə ilə tanış olmuşlar.

SOCAR-ın İqtisadiyyat və uçot idarəsinin rəhbərliyi, həmçinin “Ernst & Young” şirkətinin nümayəndəsinin iştirakı ilə təlimləri müvəffəqiyyətlə başa vurmuş 24 nəfər SOCAR mütəxəssisinə sertifikatlar təqdim edilmişdir.

22 Dekabr 2016

''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilmişdir

+

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.