Xəbərlər arxivi

19 Dekabr 2016

SOCAR-ın Rumıniyada keçirdiyi “Sənin yolların daha asandır” kampaniyasının 1-ci mərhələsi başa çatmışdır

+

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının noyabrın 15-dən dekabrın 15-dək davam edən 1-ci mərhələsi başa çatmışdır. Bü müddət ərzində Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında alış-veriş edən müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanmışlar. İlk mərhələdə 32 qalib uduşa qoyulan 200 leilik (80 AZN) yanacaq kartını əldə etmişdir.

Qeyd edək ki, kampaniyanın ikinci (15 dekabr-15 yanvar) mərhələsində daha 32 ədəd 200 leilik (80 AZN), üçüncü mərhələdə (15 noyabr - 15 yanvar) isə 1 ədəd 1000 leilik (400 AZN) əsas uduş - yanacaq kartları öz sahiblərini tapacaq. Hər bir mərhələ başa çatdıqdan sonra mükafatlar qaliblərə təqdim olunacaq.

“Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilir.

19 Dekabr 2016

ABB BANM-də tədris mərkəzi qurur

+

ABB şirkəti Bakı Ali Neft Məktəbində müasir tədris mərkəzi yaradır. Mərkəz enerji infrastrukturları ilə bağlı layihələrdə istifadə olunan müasir nəzarət, avtomatlaşdırma və alətlər texnologiyasını təmin edərək tələbələrə təhlükəsiz, nəzarət olunan mühitdə, zavodlarda müasir nəzarət yerlərini əvəzləyən şəraitdə təhsil almağa imkan yaradır. Belə ki, tədris mərkəzi tələbələrin nəzəri biliklərinin təcrübəyə çevrilməsinə kömək edir. BANM-ın rektoru Elmar Qasımov mərkəzin üstünlüklərindən danışaraq bildirmişdir ki, mərkəz tələbələrin nəzəri biliklərini sənaye avadanlıqları və yeniliklərlə inteqrasiya edərək, akademik mühitdən sənayeyə sürətlə daxil olmalarına şərait yaradacaqdır.

ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımov layihənin əhəmiyyətindən danışmış, gələcəyin mühəndislərinin praktiki şəkildə sənaye texnologiyarı ilə tanış olacaqlarını söyləmişdir. ABB-nin regional direktoru Martin Qradi bölgədə növbəti əməkdaşlıq addımı ataraq BANM-ə, onun tələbələrinə və sənayeyə dəstək göstərdikləri üçün məmnunluğunu ifadə etmişdir.