Xəbərlər arxivi

14 Dekabr 2016

2016-cı ilin noyabr ayında həyata keçirilmiş qazma işləri

+

2016-cı ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100363 metr qazma işi görülmüşdür ki, bunun da 97693 metri istismara, 2670 metri isə kəşfiyyata aid olmuşdur.

Bundan əlavə, noyabr ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 57 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.

14 Dekabr 2016

“Günəşli” yatağındakı 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.