Xəbərlər arxivi

6 Dekabr 2016

Noyabr ayında Ceyhan limanından 2,3 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

+

2016-cı ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

6 Dekabr 2016

Noyabr ayında BTC kəməri ilə təxminən 2 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

+

2016-cı ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 072 min 571 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 476 min 233 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər BTC-yə 319 milyon 151 min 612 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin noyabr ayında BTC kəməri ilə 344 min 987 ton Türkmənistan nefti nəql olunub.