Xəbərlər arxivi

28 Noyabr 2016

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Noyabrın 29-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

28 Noyabr 2016

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya və Gürcüstanda olmuşlar

+

“SOCAR Yay Məktəbi-2016” layihəsində 1-ci yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşaiyəti ilə noyabrın 21-dən 27-ə kimi Almaniyada, 2-ci yeri tutan komanda Türkiyədə olmuş, 3-cü yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər etmişdir. Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olmuşlar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilmişdir.

Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Səyahət-ekskursiyanın həm öyrəndikləri bilik və bacarıq, həm də dünyagörüşü baxımından faydalı olduğunu qeyd edən səfər iştirakçıları bu şəraiti yaratdığına görə SOCAR rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

28 Noyabr 2016

“Günəşli” yatağındakı 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündə 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 3749-3725 metr intervallarından gündəlik 52 ton neft və 31000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

28 Noyabr 2016

“SOCAR Yay Məktəbi 2016” Layihəsinin qaliblərinin Türkiyə Respublikasına səfər etmişlər

+

SOCAR-ın İnsan Resursları Departamentinin təşkilatçılığı ilə avqustun 21-28-də həyata keçirilmiş ''SOCAR Yay Məktəbi 2016'' layihəsində qalib gələn komandalardan biri mükafat olaraq noyabrın 21-dən 27-ə kimi Türkiyədə səfərdə olmuşdur. Qaliblər SOCAR-ın beynəlxalq investisiya layihələri ilə yaxından tanışlıq məqsədi ilə İzmir şəhərinin Aliağa bölgəsində Türkiyə sənayesinin qabaqcıl qurumlarından biri olan “Petkim Petrokimya A.Ş.”-ni (“Petkim”) ziyarət etmişlər. Komandanı SOCAR Türkiyə Şirkətlər Qrupunun İnsan Resursları Departamenti üzrə direktoru Dinar Məmmədova salamlamışdır. “Petkim”in icraçı direktoru Anar Məmmədov istehsalat sahələrində aparılan yenidənqurma, modernizasiya işləri və perspektiv layihələr haqqında qonaqlara məlumat vermişdir.

''SOCAR yay məktəbi 2016'' layihəsinin qaliblərindən Aqşin Babayev, Baba Həmzəyev, Şahin İbrahimov, Heydər Nəcəfov və Aysel Qədiməliyeva səfərdən xoş təəssürat aldıqlarını bildirmişlər. Sonda komanda üzvlərinə xüsusi sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.