Xəbərlər arxivi

17 Noyabr 2016

“Qaz İxrac” İdarəsinin Siyəzən və Astara magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq

+

Noyabrın 18-da saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, saat 14:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Təmir müddətində Astara rayonunun Şahağacı, Kakalos və Tənqərud kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

17 Noyabr 2016

Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verildi

+

Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

17 Noyabr 2016

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilmişdir

+

“Azneft” İstehsalat Birliyi “Qərbi Abşeron” yatağında hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm tədbirlər görür. Bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin qirməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

17 Noyabr 2016

Almaniya səfiri BANM-də olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşmüşdür. Rektor Elmar Qasımov səfirə Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr haqqında məlumat vermişdir. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkürürü bildirmiş, BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini vurğulamışdır. Diplomat Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açmış, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etmişdir.