Xəbərlər arxivi

7 Noyabr 2016

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə bir sıra görüşlər keçirmişdir.

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz sərgi konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdir. Dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirmişdir. BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilmiş, ''AÇG'' yatağında uğurlu birgə fəaliyyətin aspektləri müzakirə olunmuşdur. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Daha sonra Total şirkətinin prezidenti Patrik Puyyane ilə görüşən SOCAR prezidenti Rövnəq Abdullayev Totalın Azərbaycanda uğurlu fəaliyyət tarixçəsindən danışmış, əməkdaşlığın hazırkı durumu dəyərləndirilmişdir. Görüşdə ''Abşeron'' layihəsinin investisiya fazasına keçməsi, iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Statoil şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulmuş, Azərbaycanda həyata keçirilən layihələrdə Statoil şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılmışdır. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində ExxonMobil şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirmişdir. ExxonMobil şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirmiş, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləmişdir.

7 Noyabr 2016

“Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəməri sahəsində carı təmir işləri aparılacaq

+

Noyabrın 08-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

7 Noyabr 2016

Saatlı rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilmişdir

+

Noyabrın 7-də Saatlı rayonunun Genişkənd kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9432 metr oıan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.

Hazırda Saatlı rayonunun daha 7 kəndində ( Şirinbəy, Sarıcalar, Qara Nuru, Qazanbatan, Məmmədabad, Çolpı və Əliabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.

Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

7 Noyabr 2016

Oktyabr ayında Ceyhan limanından 2,4 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

+

2016-cı ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 634 min 564 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

7 Noyabr 2016

Oktyabr ayında BTC kəməri ilə təxminən 2,3 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

+

2016-cı ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 360 min 330 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər BTC-yə 317 milyon 079 min 041 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton Türkmənistan nefti nəql olunub.

7 Noyabr 2016

BANM-də seminar keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində Amerika Yoxlama və Materiallar Cəmiyyəti (ASTM) və Amerika Neft İnstitutu (APİ) ilə birlikdə Azərbaycanın texniki yönümlü universitetləri üçün seminar keçirilmişdir. Tədbirdə BANM, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sumqayıt Dövlət Universiteti təmsil olunmuşdur. BANM-ın rektoru Elmar Qasımov seminarın Azərbaycan universitetlərində tədris prosesinin effektiv təşkil olunması məqsədilə testlə bağlı vahid standartların və normaların hazırlanması və tətbiq olunması üçün əhəmiyyətini vurğulamış, iştirakçılara uğurlar arzulamışdır.

ASTM-ın satış və marketinq üzrə vitse-prezidentinin köməkçisi Ceyms Tomas təmsil etdiyi qurum tərəfindən tətbiq olunan standartlardan, test metodlarından, onlayn tədris proqramlarından və elektron kitabxanaların təşkil olunmasından danışmışdır.

API-nin qlobal sənaye xidmətləri üzrə direktoru xanım Lakşmi Mahon neft-qaz sənayesində, eləcə də tədris və fərdi sertifikatlaşdırma proqramlarında istifadə olunan APİ standartları haqqında məlumat vermişdir. Seminarda ASTM-ın mikro-informasiyaların idarə olunması və paylanma xidmətləri üzrə icraçı direktoru Mehmet Haseki və ASTM-ın proseslər üzrə meneceri Arseniy Korniliev iştirak etmişlər.

Qeyd edək ki, ASTM materiallar, məhsul, sistem və xidmətlər üçün standartlar hazırlayan Amerika təşkilatıdır. APİ ABŞ-ın neft-qaz sənayesində bütün aspektləri araşdıran və bu istiqamətdə fəaliyyətini təmin edən yeganə qeyri-hökumət təşkilatıdır. ASTM və APİ neft-qaz sənayesi üzrə sənədləşmə üçün müəyyən standartların hazırlanmasında əməkdaşlıq edirlər.