YENİ LAYİHƏLƏR

Gəmiqayırma zavodu

Gəmiqayırma zavodu

Gəmiqayırma zavodu

Gəmiqayırma zavodu
Prev Next

Gəmiqayırma zavodu

Böyük gəmiçilik ənənələrinə və müxtəlif təyinatlı gəmilərdən ibarət donanmaya malik olan Azərbaycanın bu sahədə Xəzər dənizindəki lider mövqeyinin qoruması, yaranmış gərgin rəqabət şəraitində donanmaların normal fəaliyyətinin təmin edilməsi və bu məqsədlə mövcud köhnə gəmilərin daha müasir avadanlıqlarla təmin olunmuş və yeni texnoloji imkanlara malik gəmilərlə əvəz edilməsi üçün 2010-cu ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə müasir standartlara cavab verəcək gəmiqayırma zavodunun təməli qoyulmuşdur.

Env Txt Img

Gəmiqayırma zavodunun tikintisi üçün ARDNŞ 65%, Azərbaycan İnvestisiya Şirkəti – 25% və Sinqapurun “Keppel” şirkəti 10% paya malik olmaq şərtilə “Bakı Gəmiqayırma Zavodu” MMC müştərək müəssisəsi yaradılmışdır. Gəmi və üzən qurğuların tikintisi və təmiri üzrə dünyanın tanınmış şirkətlərindən olan “Keppel” şirkəti layihənin operatoru təyin edilmişdir.


Yeni zavodun mühəndis-layihələndirmə işləri Böyük Britaniyanın “Royal Haskoninq” şirkəti tərəfindən yerinə yetirilmiş və bu layihə əsasında tender keçirilmişdir. Zavodun əsas avadanlıqları seçilmiş və istehsalçı şirkətlərlə texniki və kommersiya danışıqları başa çatdırılmışdır.

Yeni gəmiqayırma zavodu istifadəyə veriləndən sonra, burada Xəzərdə tələbat olan istənilən növ gəmilərin (tanker, quru yük, yedək-təchizat, sərnişin, kran, dalğıc və digər) tikintisi və təmiri mümkün olacaqdır.

ətraflı oxu +