YENİ LAYİHƏLƏR

Egey Neft Emalı Zavodu

Egey Neft Emalı Zavodu
Prev Next

Egey Neft Emalı Zavodu

ARDNŞ-Turcas qrupunun Petkim yarımadasında reallaşdıracağı Emal-Neft kimyası-Enerji-Logistika inteqrasiyasının ən əhəmiyyətli halqası olan ARDNŞ-Turcas Egey Neft Emalı Zavodu Türkiyənin tarixində bu sahəyə yönəldiləcək ən böyük özəl sektor yatırımı olacaq.

Env Txt Img

Petkim Əliağa Kompleksində inşa ediləcək emal zavodu illik 10 milyon ton xam neft emal etmək gücünə sahib olacaq.


Müəssisənin yaradılması işlərinə 2008-ci ildə "Petkim"in nəzarət-səhm paketinin ARDNŞ-Turcas qrupuna keçməsindən sonra start verilmişdir. Həmin il Ekoloji Təsirin Qiymətləndirilməsi ilə bağlı edilən müraciət 2009-ci ilin dekabr ayında müsbət cavablandırılmış, 2010-ci ilin iyun ayında isə Enerji Bazarını Tənzimləmə Qurumu tərəfindən lisenziyalaşdırma işləri başa çatmışdır.

Egey Neft Emalı Zavodu ilk dövrlərdə yüngül və ağır nafta məhsullarıyla "Petkim"in xammala olan ehtiyaclarını ödəyəcək, digər tərəfdən isə hələ idxal ilə qarşılanan ultra aşağı kükürdlü dizel, maye qaz, aviasiya yanacağı, ksilollar kimi digər neft məhsulları tələbatının əhəmiyyətli hissəsini qarşılayacaq.

Müəssisənin yaradılması "Petkim"in xammal təhlükəsizliyini təmin etməklə yanaşı, emal ilə neft kimyası arasında inteqrasiya yaradacaqdır. Egey Neft Emalı Zavodunda istehsal Avropa Birliyinin neft məhsullarının keyfiyyəti ilə bağlı standartlarına cavab verəcək, eyni zamanda ekoloji cəhətdən zərərsiz məhsulların istehsal edildiyi texnologiyalara sahib olacaq.

Təməlinin 2011-ci ilin son rübündə qoyulması planlaşdırılan Egey Neft Emalı Zavodunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

ətraflı oxu +