Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər. Belə ki, reytinq özündə şirkətin iqtisadi gücünü əks etdirir və həmin şirkət haqqında lazımi məlumatların əldə edilməsini asanlaşdırır. Hal-hazırda reytinqin verilməsi üzrə 3 ABŞ şirkəti liderlik edir. Bunlar Fitch Ratings, Moody’s və Standard&Poor’s şirkətləridir. Beynəlxalq aləmdə verilən reytinqin daha etibarlı olması üçün ən azı iki beynəlxalq reytinq şirkətindən reytinq alınması tələb olunur.

ARDNŞ üçün reytinq alınmasının üstün cəhətləri:

  • zərurət yarandığı halda maliyyə vəsaitinin cəlb olunmasını asanlaşdırır
  • beynəlxalq şirkət kimi ARDNŞ-nin nüfuzunu artırır
  • sərmayədarlar tərəfindən ARDNŞ haqqında mühüm informasiya əldə etmək imkanı yaranır
  • sərmayə cəlb edilməsini stimullaşdırır

ARDNŞ-nin reytinq şirkətləri ilə əməkdaşlığının tarixçəsi

  • 24 oktyabr 2007-ci il – Citi Bank ilə məsləhətçi (konsaltinq) xidmətləri barəsində müqavilə imzalanmışdır
  • 2008-ci ildən etibarən beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlıq edilir
  • 12 oktyabr 2009-cu ildə Fitch Ratings şirkəti ARDNŞ-i BB+ (Stabil) reytinqi ilə qiymətləndirmişdir
  • 20 may 2010-cu ildə Fitch Ratings şirkəti Azərbaycan dövlətinin və eyni zamanda ARDNŞ-nin reytinqini BBB - (Stabil) dərəcəsinə qaldırmışdır
  • 17 fevral 2010-cu il tarixində isə Moody’s şirkəti ARDNŞ-ni Ba1 (Stabil) reytinqi ilə qiymətləndirmişdir
  • 01 noyabr 2010-cu il tarixində Standard&Poor’s şirkəti ilə müqavilə bağlanmışdır

Copyright ©2011 State Oil Company of the Azerbaijan Republic