ƏN SON XƏBƏR

Upper Head Image

Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

Yanvarın 24-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində “Beynəlxalq biznes və korporativ hüquq” və “Layihənin idarə olunması, maliyyə və risklər” ixtisasları üzrə magistr təhsilini başa vurmuş 2 məzunun hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat vermişlər.

Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilmişdir. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 2 iddiaçının namizədliyinə də baxılmışdır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın Rumıniyada keçirdiyi “Sənin yolların daha asandır” kampaniyası başa çatmışdır

Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının 2-ci və 3-cü mərhələləri başa çatmışdır.
Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında yanacaq alan müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanmışlar.

Kampaniyanın 2-ci mərhələsində 32 ədəd 200 leilik (89 AZN), 3-cü mərhələsində isə əsas uduş - 1 ədəd 1000 leilik (450 AZN) yanacaq kartları sahiblərini tapmışlar. İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udmuşdu.

“Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilmişdir.

TAM XƏBƏR ətraflı oxu

Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq

Yanvarın 24-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu