ƏN SON XƏBƏR

Upper Head Image

AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiq etmişdir

• Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi başlayır

• Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir

• Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi-Şərqi” (AMŞ) layihəsini təsdiqləmişdir.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb

• “Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilmişdir; quyudan illik 900 mln m3-dək təbii qaz hasil olunacaq

• Rüb ərzində ölkədə 9 mlrd. m3-dən çox təbii qaz hasil edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir

• Hesabat dövründə neftin hasilatı stabil qalmışdır

• Təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınmışdır

2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlər ilə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olmuşdur. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd m3, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil etmişdir. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd m3 qaz hasil olunmuşdur.

Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlamışdır. Quyunun potensial hasilatı gündəlik 2,5 mln m3 qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülmüş, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilmişdir.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti Amerikanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Aprelin 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşmüşdür.
SOCAR prezidenti səfiri salamlamış və onu yeni təyinatı münasibəti ilə təbrik etmiş, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat vermişdir.

Səmimi qəbula və təbrikə görə minnətdarlığını ifadə edən səfir Erl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

TAM XƏBƏR ətraflı oxu

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

Təyyarələrin illik ehtiyacının 700 min tonu “SOCAR TÜRKİYƏ” tərəfindən təmin olunacaq

Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəldi. “SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirdi
“SOCAR Türkiye” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib. İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

“SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirmiş və qeyd etmişdir: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı ve Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.

SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan Ərdoğan daha sonra demişdir: ““SOCAR Aviation” qurulduğu gündən etibarən çox mühüm fəaliyyətlər göstərmiş, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olmuşdur. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu