ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

TULLANTILARIN İDARƏ EDİLMƏSİ

TULLANTILARIN İDARƏ EDİLMƏSİ
Prev Next

TULLANTILARIN İDARƏ EDİLMƏSİ

Tullantıların idarə edilməsi üzrə fəaliyyətində ARDNŞ Azərbaycan Respublikasının Kоnstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər nоrmativ hüquqi aktları, tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunları ilə təsdiq edilmiş neftin və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişləri və ARDNŞ prezidentinin əmri ilə təsdiq edilmiş "Tullantıların İdarə Olunması Planı" (TİOP) sənədini rəhbər tutur.

Env Txt Img

ARDNŞ-nin idarə və müəssisələrində yaranan tullantıların idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün bu proseslərin komponentləri olan tullantıların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və basdırılması işləri "Tullantıların İdarə Olunması Planı"na uyğun həyata keçirilir. TİOP-da nəzərdə tutulduğu kimi ARDNŞ-nin idarə və müəssisələrində formalaşan istehsalat tullantıları və qazma şlamı Ekologiya İdarəsinin "Tullantı Mərkəzi"nə təhvil verilir. Tullantı Mərkəzinin daha muasir tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək məqsədilə ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən ayrılan qrant əsasında ARDNŞ və ABŞ-nın M-İ L.L.C şirkəti arasında bağlanmış müavilə çərçivəsində Tullantı Mərkəzinin yenidən qurulması layihəsi üzrə "Texniki-İqtisadi Əsaslandırma" sənədi hazırlanmışdır.


Atmosfer havasının mühafizəsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın 5.4 bəndinə uyğun olaraq, 2009-cu ildə Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonlarında 3 ədəd ekoloji ölçmə məntəqəsi tikilmiş, müasir avadanlıqlarla təchiz edilmiş və istismara verilmişdir. Atmosferə atılan işlənmiş qazların daima nəzarətdə saxlanmasını təmin etmək məqsədi ilə Ekoloji Ölçmə Məntəqələrində istifadə olunan müasir qaz analizatorlar vasitəsi ilə (Stargas-898, Smokemetr-495/01) ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli qazların ölçülməsi və Azərbaycan Respublikasında mövcud olan normativlərlə müqayisə edilməsi işləri aparılır. Həmin qaz analizatorları ilə CO, HC, NOX, CO2 qazlarının yüksək dəqiqliklə ölçülməsi mümkündür. Avtomobillərdən və xüsusi texnikadan atmosferə atılan işlənmiş qazlar (CH, CO və tüstü) standartların normativləri ilə müqayisə olunduqdan sonra müvafiq tədbirlər görülməsi üçün yekun hesabatlar hazırlanaraq müəssisələrə təqdim olunur.

Qeyd etmək lazımdır ki, Ekoloji Ölçmə Mərkəzinin fəaliyyət dairəsini genişləndirmək məqsədilə mərkəz Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS Milli sertifikatlaşdırma sistemində texniki səlahiyyət və müstəqillik akkreditasiyasından keçirilmiş və AZ 031/11.1/02.0186.01.10 №-li akkreditasiya attestatı almışdır.

ətraflı oxu +