ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

İŞÇİLƏRİN SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ

İŞÇİLƏRİN SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ
Prev Next

İŞÇİLƏRİN SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ

ARDNŞ işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üzrə fəaliyyətini Şirkət tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin tələblərinə uyğun qurur. Fəaliyyətdə və əməyin mühafizəsinin idarə edilməsində insanların sağlamlığı və təhlükəsizliyi məsələsi birinci yerdə durur.

Env Txt Img

Əməyin mühafızəsini idarəetmə sistemi üzrə aparılan işlərdə əsas məqsəd istehsalatın səmərəliliyini yüksəltmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq, əmək prosesində işçilərin sağlamlığının və iş qabiliyyətinin mühafizəsini təmin etməkdir. Bu sistem üzrə ARDNŞ-nin fəaliyyəti aşağıdakı məsələlərin həllinə yönəlmişdir: - istehsalatın idarə olunmasının bütün səviyyələrində əməyin mühafızəsi sahəsində işlərin təşkilinin təkmilləşdirilməsi; - işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi; - istehsalat avadanlıqlarının və istehsalat proseslərinin təhlükəsizliyinin təmin edilməsi; - istehsalat təyinatlı obyektlərin layihələndirilməsi, tikilməsi və istismara verilməsi mərhələlərində əməyin mühafızəsi tələblərinə riayət olunması; - bina və otaqların normal vəziyyətdə saxlanılması; - əmək şəraitinin sanitar-texniki normalaşdırılması; - işçilərin xüsusi geyim, fərdi və kollektiv mühafızə vasitələri ilə təmin edilməsi; - işçilərə sanitar-məişət xidmətlərinin göstərilməsi; - istehsalatda bədbəxt hadisələrin, qəzaların vaxtında və düzgün təhqiq olunması, qeydə alınması, onların başvermə səbəblərinin aradan qaldırılmasının təmini; - əmək və istehsalat intizamının möhkəmləndirilməsi; - işçilərin əməyin təhlükəsizliyi üzrə qaydaların, normaların və təlimatların tələblərinə riayət etmələrinin təmini; - rəhbər və mühəndis-texniki işçilərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin artırılması.


ətraflı oxu +