ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

YAŞILLAŞDIRMA TƏDBİRLƏRİ

YAŞILLAŞDIRMA TƏDBİRLƏRİ
Prev Next

YAŞILLAŞDIRMA TƏDBİRLƏRİ

ARDNŞ-də həyata keçirilən mühüm ekoloji layihələrdən biri "Ekoloji park"ın salınmasıdır.

Env Txt Img

Layihə Xəzər rayonunda mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 9,3 ha sahədə həyata keçirilir. "Ekoloji park"ın salınması işləri artıq yekunlaşma mərhələsindədir.


Parkın yaradılmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunması problemlərinin bu gün hər bir vətəndaş qarşısında birinci dərəcəli sosial vəzifə olmasını göstərməkdir. Burada həmçinin ekoloji maarifləndirmə tədbirləri çərçivəsində şagird və tələbələrin "Ekoloji park"a ekskursiyalarını təşkil etmək, ekoloji olimpiadalar keçirmək, müxtəlif viktorina və müsabiqələrin keçirilməsinin təşkili, həmçinin ekoloji mövzularla bağlı müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

"Ekoloji park"ın tərkibində müasir tipli şitilxana salınmışdır ki, burada rekultivasiya olunmuş torpaqlarda tum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması həyata keçirilir. Parkda su və enerji resurslarına qənaət etməyə imkan verən damcı suvarma sistemi tətbiq edilir.

Parkda həmçinin elektrik enerji təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsi üçün günəş batareyaları və külək generatorları quraşdırılmışdır.

Göstərilən ərazidə istifadə olunan hər bir yeni, az enerji tutumlu, az tullantı yaradan texnologiyaların tətbiqi  maarifləndirmə, insanlarda  bu ideyaları təbliğetmə, təşviqat və "yaşıl" düşüncə formalaşdırmağa xidmət edəcəkdir.

2011-cu ilin I rübündə "Ekoloji Park" ərazisində yaşıllaşdırma işləri davam etdirilmiş və 130 mindən artıq ağac-kol tinglərinə qulluq işləri lazımi səviyyədə aparılmışdır. Parkda ağac-kol tinglərinin becərilməsi ilə yanaşı, 8400 m² sahəsi olan yaşıl ot örtüyünə (qazona) bütün aqrotexniki qulluq işləri görülür. Xüsusi qablarda ağac-kol tinglərinin yetişdirilməsi işləri davam etdirilir, tinglər ardıcıllıqla hazırlanmış ləklərə düzülür, damcı suvarma sistemi ilə suvarılır.

Ekologiya İdarəsinin mütəxəssisləri ARDNŞ-nin bir sıra müəssisələrinin yaşıllaşdırma işləri aparılan sahələrində təlimata uyğun olaraq məsləhət xidmətləri yerinə yetirirlər.

Son illərdə mədən ərazilərində, istehsalat sahələrində ekoloji durumun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi irəliləyişlər əldə olunmuşdur. Ekologiya İdarəsinin kollektivi tərəfindən fəaliyyət sahələrində mütəmadi olaraq yaşıllaşdırma istiqamətində iməciliklər, ağacəkmə kampaniyaları həyata keçirilmişdir.

ətraflı oxu +