ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

EKOLOJİ MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞAT

EKOLOJİ MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞAT
Prev Next

EKOLOJİ MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞAT

Ekoloji maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir.

Env Txt Img

2011-ci il "Turizm ili" elan olunduğundan məktəblilər arasında ekoturizm, ekskursiyalar, səyahətlər baxımından önəmli il olacaqdır. Ekoturizm yürüşlərində məktəblilər tarixi abidələr, milli-mənəvi dəyərlərimiz barədə məlumat almaqla yanaşı ətraf mühitin qorunması, təbiətlə düzgün davranış qaydaları və ekoloji mədəniyyət məlumatları alacaqlar.


14 fevral 2011-ci il tarixində Laçın şəhəri 6 saylı köçgün məktəbinin şagirdləri üçün Yanardağda və "Atəşgah" abidəsində, 25 fevral 2011-ci il tarixində isə 64 saylı məktəbin şagirdləri üçün Zoologiya muzeyində ekskursiya keçirilmişdir.

Bundan başqa cari ilin mart ayında "Azərikimya" İB-də "Təfəkkür" liseyi şagirdləri ilə 2010-cu ildə elan edilmiş "Ekologiya İli"nə həsr edilmış ekoloji problemlərin müzakirəsi ilə bağlı görüş keçirilmişdir. Maraqlı məruzələrlə çıxış edən şagirdlər bizi əhatə edən aləmdə baş verən ekoloji fəlakətlər, onların yaranması səbəbləri və insanın bu proseslərdəki rolu haqqında orijinal məruzələrlə cıxış etmişlər. Çıxış edən şagirdlər arasında ötən illərdə kecirilən "İNEPO Avrasiya" Ekoloji Layihə Olimpiadasında qızıl və bürünc medallarının qalibləri də olmuşdur.

Novruz bayramı münasibəti ilə "Ümid Yeri" uşaq evində tədbir keçirilmişdir. Ekologiya İdarəsinin əməkdaşları Azərbaycan Gənclər İttifaqı ilə birlikdə Binə qəsəbəsində yerləşən "Ümid Yeri" uşaqların sığınacaq evinin ərazisinin yaşıllaşdırılması məqsədilə ekoloji maarifləndirmə tədbiri keçirmişlər.

Həmçinin Novruz bayramı münasibəti ilə 183 saylı uşaq bağçasında tədbir keçirilmişdir. Uşaq bağçasının nəzdində fəaliyyət göstərən "Valideyn–tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyinin xətti ilə "Biz yaşıl həyat arzulayırıq" şüarı altında tədbir-aksiya həyata keçirilmişdir.

"İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının 35 xarici ölkədən olan 350-yə yaxın iştirakçısı üçün təşkil olunmuş ekskursiya Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah" abidəsinə səyahətlə başlamışdır. Bundan sonra Qala kəndində yerləşən "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiya edilmişdir. Səfər zamanı qonaqlara Miladdan öncə üçüncü minillikdən müasir dövrədək Abşeron yarımadası ərazisində tapılmış bütün tarixi abidələr haqqında geniş məlumat verilmişdir. Sonra Ekologiya İdarəsi tərəfindən inşa edilən "Ekoloji Park"da gələn qonaqları idarənin əməkdaşları qarşılamış və iştirakçılara ARDNŞ-nin həyata keçirdiyi ekoloji layihələr, parkda aparılan yaşıllaşdırma və abadlaşdırma işləri barədə geniş məlumat vermişlər. Tədbir iştirakçıları park ərazisində müxtəlif növ dekorativ-bəzək ağacları əkmiş və həmin ağacların üzərindən öz adları yazılmış lövhəcikləri asmışlar. Ekskursiya "Ekoloji Park"da ağacəkmə kampaniyasının keçirilməsi ilə sona çatmışdır.

Artıq 5-ci ildir ki, ölkəmizin paytaxtı olan Bakı şəhəri, "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına ev sahibliyi edir. Beynəlxalq olimpiadaya ümumilikdə 428 ekoloji layihə təqdim olunmuşdur ki, bunlardan 193 layihə Azərbaycan, 235 layihə isə xarici ölkə məktəblilərinin payına düşmüşdür. Olimpiadanın final mərhələsinə keçən 115 layihədən 58-i Azərbaycan, 57-si isə xarici ölkə məktəblilərinin layihələri olmuşdur.

ətraflı oxu +