ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

İQLİM DƏYİŞMƏLƏRİ İLƏ MÜBARİZƏ

İQLİM DƏYİŞMƏLƏRİ İLƏ MÜBARİZƏ
Prev Next

İQLİM DƏYİŞMƏLƏRİ İLƏ MÜBARİZƏ

İqlim dəyişmələri ilə mübarizə sahəsində ARDNŞ mütəmadi tədbirlər həyata keçirməkdədir. 2008-2010-cu illər ərzində bu sahədə aşağıdakı işləri görülmüşdür:

Env Txt Img

• ARDNŞ-nin 2008-ci il tarixli, 68 nömrəli Əmrinin icrası ilə əlaqədar olaraq, Ekologiya İdarəsi tərəfindən ARDNŞ-nin struktur bölmələrində, ƏŞ və BM-lərdə 2007-2009-cu illər üçün İEYQ mənbələrinin inventarlaşdırılması həyata keçirilmişdir. Hazırda 2010-cu il üçün inventarlaşdırma işləri aparılır.


• "28 may" NQÇİ-nin "Günəşli" yatağında alçaq təzyiqli səmt qazlarının utilizə edilməsi üçün hazırlanmış layihənin texniki-quraşdırma işləri tamamlanmaq üzrədir. Layihənin hayata keçirilməsi nəticəsində ildə 310 milyon m3 səmt qazı utilizə ediləcəkdir.

• "Neft Daşları" NQÇİ-də "Alçaq təzyiqli səmt qazlarının utilizə edilməsi" layihəsinin TİM çərçivəsində həyata keçirilməsi məqsədilə "Qazprom Almaniya" məsləhətçi Şirkəti ilə birlikdə hazırlanmış layihə sənədi Kioto Protokolunun TİM üzrə İcraçı Şurasına qeydiyyat üçün təqdim olunmuş və hazırda yoxlama prosesindədir. Texniki-quraşdırma işləri tamamlandıqdan sonra 200 milyon m3 səmt qazının atmosferə atılmasının qarşısı alınacaqdır.

• "ARDNŞ-nin işıqlandırma sistemində közərmə lampalarının enerji səmərəli lampalarla əvəz edilməsi" layihəsinin TİM çərçivəsində həyata keçirilməsi məqsədi ilə inventarlaşdırma aparılmış və hazırlanmış layihə sənədi Ekologiya və Təbii Sərvətlər nazirliyində qeydiyyata alınmışdır. Hazırda həmin sənədin BMT-nin İcraçı Şurasında TİM layihəsi kimi qeydiyyatdan keçirilməsi üçün xarici tərəfdaşlarla müzakirələr aparılır. Bu layihənin həyata keçirilməsi ARDNŞ-də illik 34 min ton karbon qazının azalmasına gətirib çıxaracaqdır.

• ARDNŞ və Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq (GGFR)" təşkilatı ilə birgə "ARDNŞ-də və ARDNŞ-nin iştirak etdiyi layihələrdə atmosferə atılan səmt qazının azaldılması üzrə Plan" sənədi hazırlanmışdır.

• Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DİW econ) ilə birgə "İqlim dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-nin Strategiyası" sənədi hazırlanmış və təsdiq edilmişdir.

• Ekologiya İdarəsinin təşəbbüsü, ARDNŞ, Dünya Bankı-GGFR və DİW Econun birgə dəstəyi ilə 2010-cu ildə "Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişmələrinə təsirinin azaldılması təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.

ARDNŞ-nin mütəxəssisləri iqlim dəyişmələri sahəsində ölkədə keçirilən bütün tədbirlərdə iştirak edir və bu istiqamətdə tədqiqatlar uğurla davam etməkdədir.

ətraflı oxu +